Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanları gənclərə tanıdıldı -FOTO

2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanları gənclərə tanıdıldı -

 

“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aprel döyüşləri qəhrəmanlarının tanıdılması” layihəsinin icrası davam edir

Yenixeber.org: layihənin məqsədi 2016-cı ilin Aprel döyüşlərində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş qəhrəmanlarımızın yetişməkdə olan gənc nəslə tanıdılması və onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidliklər haqqında ətraflı məlumatlar verməkdən ibarətdir.

Layihə çərçivəsində 2016-cı ilin aprel ayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş döyüşlər zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan əsgər və zabitləri gənclərə tanıdılıb. Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə keçirilmiş tədbirlərdə yeniyetmə və gənclər fəal iştirak ediblər. Tədbirləri giriş sözü ilə açan “Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdi-zadə layihə haqqında iştirakçılara geniş məlumat verib və Gənclər Fondunun rəhbərliyinə aktual layihəyə dəstək verdiklərinə görə minnətdarlığını bildirib.

Tədbir Dövlət Himni ilə açıq elan edilib. Gənclər qarşısında çıxış edən məktəbin tarix müəllimləri Təranə Salahova və Alimə Məmmədova bildiriblər: “Aprel döyüşləri yenilməz, şanlı Azərbaycan ordusunun gücünü və qüvvəsini düşmənə bir daha göstərdi və sübut etdi ki, Azərbaycan xalqı Ali Baş Komandan, prezident İlham Əliyev başda olmaqla heç vaxt işğalla barışmayacaq, nə yolla olursa-olsun, biz torpaqlarımızı düşmən tapdağından azad edəcəyik!”

Şagirdlər Aprel döyüşlərinin qəhrəmanları haqqında iştirakçılara geniş məlumatlar veriblər, vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. 

İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə cəmiyyət üzvlərinə vətənpərvərlik hisslərinin aşılanması, Milli Qəhrəmanların təbliğ edilərək tanıdılması, xalqımızın Ali Baş Komandanın əmrinə daim hazır olmaları üçün təbliğat işlərinin aparılması dövlət və hökumət orqanları ilə yanaşı, ictimai birliklərin də üzərinə böyük vəzifələr qoyur. Ən yeni tariximizin şanlı səhifəsi olan Aprel döyüşlərində iştirak etmiş, şəhid olmuş qəhrəmanların gənc nəslə tanıdılması bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir. 

Layihə çərçivəsində keçiriləcək kütləvi tədbirlər zamanı Aprel döyüşlərində bilavasitə iştirak etmiş qəhrəmanlarımızla canlı ünsiyyət təşkil ediləcək, onlar haqqında çəkilmiş qısa filmlər nümayiş olunacaq. Tədbirlərdə gənc nəslin nümayəndələrinin, o cümlədən dövlət orqanlarının məsul əməkdaşlarının, digər QHT və KİV nümayəndələrinin iştirakı təmin ediləcək. Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcək.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam