Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Bağlanan bankların əmlakı hərraca çıxarılır

Bağlanan bankların əmlakı hərraca çıxarılır

 

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bir sıra banklar balansında olan daşınan və daşınmaz əmlakını hərrac yolu ilə satışa çıxarır

 

Yenixeber.org: Fonddan verilən məlumata görə, ləğv prosesində olan QSC “Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd “Daewoo Nexia”, 6 (altı) ədəd “Mitsubishi Lancer”, 6 (altı) ədəd “Toyota Corolla”, 1 (bir) ədəd “Toyota Avalon”, 3 (üç) ədəd “Hyundai Accent” markalı avtomobillər, 1(bir) ədəd “Fiat Doblo Cargo” və 1 (bir) ədəd “Mersedes-815” yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa cıxarılır.

Ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd “Ford Focus”, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı avtomobillər və 2 (iki) ədəd embosser hərraca çıxarılır.

Bundan başqa, ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayış sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evi satışa çıxarılır.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında (Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanda) 16.01.2018-ci il tarixində, saat 11:00 da keçiriləcək.

Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam