Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ QÜDS TOPLANTISI:ABŞ və İsrail xofunu dağıdacaq ilk addım atıldı - TƏHLİL

Cengiz TOMAR,

Mərmərə Universitetinin Siyasi elmlər fakultəsinin professoru

“Anadolu” agentliyi, Türkiyə

 

Yenixeber.org: İslam Əməkdaşlıq Təşkilatının (İƏT) öz tarixində ilk dəfə islam dünyasının qəlbi dəyərindəki Qüds üçün aldığı bu güclü qərarlar Qüdsdən çox o tərəfə dərin anlamlar daşıyır. Şübhəsiz, bu qərarların reallaşıb-reallaşmayacağını zaman və qərarverənlərin liderləri göstərəcək.

Qarşı tərəfin də yaranan birliyi ortadan qaldırmaq üçün bu qərarlara qarşı tədbirlər alacağını və əlindən gələni əsirgəməyəcəyini də bir tərəfə qeyd edək. Ancaq burada önəmli olan, müəyyən qisminin istəməyərək də olsa, bütün islam dünyasının uzun zamandan bəri ilk dəfə ABŞ və İsrail cütlüyünə qarşılıq verə biləcək faktiki iş görə bilmə uğuru göstərməsidir.

Sənaye inqilabına, modernləşməyə və Qərbin elmi, texnoloji, siyasi və hərbi əzici üstünlüyünə təqribən iki yüz ildir cavab verə bilməyən müsəlmanlar, bəlkə də uzun zamandan bəridir ilk dəfə, şüursuz və hərəkətsiz durumdan çıxma əlaməti göstərərək, bu qərar üçün əl qaldırdılar.

Başlanğıcından bəri dominant, üstün və işlək din olan islam və ona bağlı olan müsəlmanlar Hz.Peyğəmbərin vəfatından etibarən, orta əsrlərin nəqliyyat imkanları düşünüldüyündə çox qısa müddət olan 80 illik bir zaman dilimində Ərəb yarımadasından Qafqaza, Türküstandan İspaniyaya qədər köhnə dünyanın bütün mərkəzlərini və böyük mədəniyyətlərini fəth etdilər. Səlib yürüşləri və monqol istilası kimi müəyyən istisnalar xaric olmaqla, bu fəal rollarını XIX əsrə qədər – 1300 il boyunca davam etdirdilər.İslam dünyası bu dövrdən etibarən, tarixdə heç alışıq olmadığı şəkildə, subyekt olmaqdan çıxaraq, bir obyektə çevrildi. İslam dünyasının illərdir çəkdiyi ağrılar onun obyektə çevrilməsilə yaxından əlaqəlidir.

İƏT-in Türkiyə liderliyindəki bu qarşı qoyması tam da islam dünyasında oxuma-yazma səviyyəsinin 50% ətrafında olduğu, dünyadakı ilk 500 və ya 1000 universitet arasına islam ölkələrindən çox azının girə bildiyi, inkişaf etmiş ölkələrdə “ar-ge” (tədqiqat və inkişaf etdirmə) xərclərinin UDM-in 5%-ni təşkil etdiyi halda islam ölkələri ortalamasının 0,002% olduğu, müsəlman ölkələrinin məzhəb üzündən bir-birini boğazladığı, imperialist dövlətlərin kəşfiyyatlarının bir oyuğuna yerləşdirilmiş olan Əl-Qaidə, İŞİD və Boko Haram kimi radikal və irrasional təşkilatların özlərindən başqa bütün müsəlmanları kafir və mürtəd qəbul edərək, həyata keçirdikləri insanlığa sığmayan qətlləri Holywood"vari filmlərin videoları kimi yaydıqları və qadınları cariyə olaraq, kölə bazarlarında satdıqları, belə demək mümkünsə, bir “İslam Orta əsrlər dövrü” yaşanmaqda ikən gəldi.

İstanbul sammitində alınan bu qərarların Orta Şərqdə xəritələrin Qərbli “think-tank”lərin (düşüncə quruluşları- tərc.) strateji oyunlarında cızıldığı, müsəlman ölkələrinin ayrı-ayrı gizli planların zibilliyinə çevrildiyi, liderlərinin beynəlxalq qurum və institutların müharibə və çevriliş ssenarilərinin epizodik rol oynayan aktyoru halına gəldiyi, ərəb dünyasında İsrail qorxusunun hakim olduğu, Körfəzin neft zəngini olan dövlətlərinin ABŞ və İsrail ilə bir iş tutaraq, Fələstinə “Qüdsdən vaz keç” təzyiqi etdiyi, İranın əsrarəngiz generalı Qasım Süleymani  Haşdı Şabi ilə qorxu saldığı, ABŞ-ın Körfəzdə bir-birinə düşürdüyü Səudiyyə Ərəbistanı və Qətərin hər ikisindən silah satışı adı altında xərac aldığı, Misirin pulsuzluq ucbatından Səudiyyə Ərəbistanına ada satdığı, Putinin generalının Bəşər Əsədi qolundan tutaraq sıraya durmağa çəkdiyi, Bərzaninin bir “oldu-bitdi”referendumu ilə özünə dərəbəylik qurmağa çalışdığı, Livan Baş naziri Həririnin dövlət içində dövlət olan Hizbullahın təzyiqi altında istefa edərək Səudiyyə Ərəbistanına sığındığı, bu yaxınlarda İŞİD adlı, amerika ləhcəsi ilə ərəbcə danışan pəjmürdə talançılardan ibarət olan, “Qurani-Kərim”i üzündən oxuya bilməyəcək qədər cahil olan bir quldur dəstəsinin “İslam dövləti” qurduğu, yəni, ağla gələn hər bir şeyin baş verdiyi Orta Şərqdə Türkiyə liderliyində alına bilməsi çox dəyərlidir.

İslam dünyası və Orta Şərqin, yuxarıdakı iki paraqrafda xülasə etməyə çalışdığımız, bu qədər sıxıntılı bir dövrdən keçdiyi günlərdə, üstəlik ABŞ və İsrailin, ərəb dünyasında maliyyə və doktrinanı təmsil edən Səudiyyə Ərəbistanı ilə əhalini və ordunu, eyni zamanda mədəniyyət, sənət və təhsili təmsil edən Misirin yanına Birləşmiş Ərəb Əmirliklərini də alaraq, bir cəbhə yaratdığını hesaba qatarsaq, baş katibi də səudiyyəli olan İƏT-ə bu qərarı aldıra bilmənin nə qədər çətin olduğunu idrak edə bilərik. Şübhəsiz, bunda Türkiyənin və hörmətli prezidentimizin qərarlı mövqeyi müəyyənedici olmuşdur.

Təbii, bu qərarlılığın Türkiyə, islam dünyası, Fələstin və Qüds baxımından önəmli nəticələri də olacaqdır. Qərbdə ümumiyyətlə bir ərəb məsələsi olaraq qəbul edilən, keçmişdə Səddam Hüseyn və Hafiz Əsəd kimi ərəb millətçisi olan dünyəvi diktatorların mövcud olmayan legitimliklərini təmin etmək üçün qeyri-səmimi və kobud şəkildə istifadə etdikləri Qüds və Fələstin məsələsi artıq bütün müsəlman dünyasını maraqlandıran beynəlmiləl bir hal almışdır. “Qılınc düşdüyü yerdən qalxar” misalı İstanbul zirvəsilə hörmətli prezidentimizin islam dünyasındakı liderlik rolu təsdiq edilmişdir. Artıq ərəb və islam dünyasının küçələri əvvəlkindən daha çox Türkiyəyə yönəlik və yardımçı olacaqdır. Qərarların konsensusla – səs birliyilə alındığı İƏT-də Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin, hər şeyə rəğmən,  bu qərarlara qarşı çıxa bilməmələrinin səbəbi, onların xalqlarının buna verəcəyi reaksiyadan və “ərəb baharı”nın ikinci pərdəsinin öz ölkələrində gerçəkləşməsindən çəkinmələridir.

Bu qərarların heç biri tətbiq edilməsə belə, islam dünyasında “ABŞ və İsrail qorxusu”nun psixoloji baryerinin aşılması və bir vəhdətin təmin edilməsi böyük bir uğurdur. XIII əsrin ortalarında islam dünyasını və Orta Şərqi (Məşriq) qasıb qovuran və yaratdıqları vahimə səbəbilə xalq arasında “yenilməz” olaraq xatırlanan monqolların sadəcə bir öncü və kəşfiyyat birliyinin 1260-cı ildə Fələstində iki türk lider – məmlük sultanı Kutuz ilə komandanı Baybars tərəfindən məğlubiyyətə uğradılmasının (Ayn Calut döyüşü) əsl önəmi, onların xalqı və ordunu monqolların məğlub edilə biləcəyi fikrinə inandırmasından qaynaqlanmaqdadır. Həqiqətən, bundan sonra monqollar qısa müddətdə bölgədən uzaqlaşdırılmışdır. Ayn Calut döyüşünün Fələstində baş vermiş olması, monqolların terror və işgəncələri, onları məğlub edən ordunun türk ordusu olması bir simvolik əhəmiyyət kəsb etsə də, tarix eynilə təkrarlanmaz. Burada önəmli olan müsəlmanların birləşib, ABŞ və İsrailə qarşı çıxa bilməyəcəkləri yönündəki mifoloji və psixoloji baryeri ortadan qaldırmalarıdır. Eynilə Ayn Calutda olduğu kimi…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam