Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Leyla Əliyeva qızı ilə Eminin konsertində- FOTOLAR

Leyla Əliyeva qızı ilə Eminin konsertində

 

Rusiyanın məşhur azərbaycanlı müğənnisi, bəstəkar Emin Ağalarov Bakıda konsert proqramı ilə çıxış edib

 

Yenixeber.org: Sənətçinin musiqili gecəsi Heydər Əliyev Sarayında baş tutub. 

Sarayın səhnəsində xüsusi dekorasiya və işıqlar quraşdırıldığı diqqətdən yayınmayıb. Emin daha sonra pərəstişkarlarının qarşısına çıxaraq hitlərini səsləndirməyə başlayıb. 

Pop ulduzun ilk ifasında zala Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və övladlığa götürdüyü Əminə daxil olub. Sənətçi bundan sonra bütün tamaşaçıları salamlayıb, L. Əliyevaya konsertə gəldiyi üçün xüsusi minnətdarlığını bildirib. 

Konsert maraqlı məqamlarla yadda qalıb. Bundan əlavə, Emin Bayram adlı şəxsi səhnəyə dəvət edərək onun balaca bir sürprizinin olduğunu söyləyib.  Gənc əlində gül dəstəsi ilə Ağalarovun yanına gəlib və sevdiyi qızı səhnəyə çağırıb. Daha sonra Bayram xanıma evlilik təklifi edib. Emin isə onlara xoşbəxtlik diləyib. 

Ağalarov konsertdə məşhur mahnısı olan “Woman”i qızı Əminə üçün ifa edəcəyini bildirib: “Burada çox gözəl xanımlar var. Burada əyləşən kişiləri başa düşürəm. Onlar yanındakı xanımların təkidi ilə konsertə gəliblər. İndi oxuyacağım mahnını bütün xanımlara həsr edirəm. Ancaq etiraf edim ki, bəstəni birinci Əminə üçün oxuyacağam”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam