Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Nigar Camal:Bu boyda yalan olar?

Nigar Camal:

 

Müğənni Nigar Camal Əməkdar artist Röya Ayxanla aralarında baş verən mübahisəyə sosial şəbəkə vasitəsilə aydınlıq gətirib

 

Yenixeber.org: İfaçı həmkarının onun barəsində dediyi sözlərin yalan olduğunu vurğulayıb.

“Mən bu barədə açıqlama vermək istəmədikcə, görürəm, hər kəs ağzına gələni danışır. Bəziləri də mənim susmağımdan istifadə edərək ürəyi nə istəyir danışır, yazır. Doğrudan da, ayıbdır. 

Nə səviyyəsiz ifadələr işlədirsiniz? Bu millətə belə şeylər lazımdır? Mən bənzətmək istədiklərinizə bənzəməyəcəyəm. Səsimi, oxumağımı bəyənməyə bilərsiniz. Amma mənim adımı bir də belə mərifətsiz söhbətlərdə çəkməyin. Ola bilsin ki, bu cür ifadələr kimlər üçünsə adi bir şeydir. Amma mənim üçün belə deyil.

Sabah gözügötürməzlik edərək saçımın qaynaq olduğunu deyəcəklər. İnsan özündə olmayan şeylərə görə şər atıb özünü sakitləşdirəcəyini düşünür, amma doğrunu özü yaxşı bilir. Hələ məni sevdiyindən bu qədər söz çıxarmısan. Sevən insan zəng vurub problemini soruşar. Qalmaqaldan qaçdıqca, məni qalmaqala salmağa çalışmayın. Bu boş, mənasız söhbətlərdən yoruldum. Ondan müsahibə alan jurnalistə deyir ki, mənə arxasını çevirdi. Bu boyda yalan olar?

Zalda yanında oturanda arxanı necə çevirmək olar? Həyəcanlı olub, yəqin. Əlini uzatdı, mən də əlini sıxıb təbrik etdim. Bu söhbətlər haradan çıxdı? Deyirlər ki, gündəmə gətirdik. Mənə belə səviyyəsiz söhbətlərlə gündəmə gəlmək lazım deyil. Danışmaq istəmirəm, amma məcbur edirsiniz. Gündəmdə qalmaq üçün başqasını seçin”, - deyə o yazıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam