Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Dünyanın gündəmini dəyişən hadisələr:Prezidentin qətli, Ağ Evdən Qüdsədək..

 

Dünyanın gündəmini dəyişən hadisələr: Prezidentin qətli, Ağ Evdən Qüdsədək...

Yola salmağa hazırlaşdığımız 2017-ci ildə dünyada bir çox hadisələr baş verdi. Trampın qalmaqal yaradan qərarları, İŞİD-in süqutu, separatçıların referendumu, 37 ildən sonra prezidentin devrilməsi, Qüds böhranı ilin ən mühüm hadisələri sırasındadır.

Yenixeber.org: İlin ən önəmli hadisələrinin xronikasını təqdim edirik:

20 yanvar – ABŞ-da prezident seçilən Donald Tramp vəzifə səlahiyyətlərini icra etməyə başlayıb. Tramp bununla Birləşmiş Ştatların 45-ci prezident kimi tarixə düşüb.



17 fevral – Sakit okeanının cənubunda böyük hissəsi suyun altında olan Zealandia adlı qitə aşkarlanıb. Bu barədə "GSA Today" adlı jurnalda araşdırma dərc olunub. 



07 May – Emmanuel Makron seçkilərdə Marin Le Penə qalib gələrək Fransa prezidenti seçilib. Prezident seçkilərinin ikinci turunda seçicilərinin 66,1%-nin səsini toplayıb. 



04 İyul – Şimali Koreya ilk dəfə qitələrarası ballistik raketi sınaqdan keçirib. Şimali Koreyadan atılan raket Yapon dənizinə düşüb. Bundan sonra dünya birliyi Şimali Koreyaya qarşı sanksiya tətbiq edib. 



09 İyul – İraqın baş naziri Heydər əl – Abadi Mosulun İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatından azad olunmasını bəyan ediB. Bununla da İŞİD-in 2014-cü ildən Mosuldakı hakimiyyətinə son qoyulub. 



25 Sentyabr – İraqın Kürdüstan vilayətində müstəqillik haqqında referendum keçirilib. Nəticələrə əsasən səsvermədə iştirak edənlərin böyük əksəriyyəti – 92,73 faizi vilayətin müstəqilliyinin lehinə səs verib. Lakin bu səsvermə dünyanın və regionun aparıcı dövlətləri tərəfindən tanınmayıb.



01 Oktyabr – İspaniyanın Kataloniya vilayətində müstəqillik haqqında referendum keçirilib. Nəticələrə əsasən səsvermədə iştirak edənlərin böyük əksəriyyəti – 90,18 faizi vilayətin müstəqilliyinin lehinə səs verib. Səsvermə dünya birliyi və İspaniya mərkəzi hökuməti tərəfindən tanınmayıb və Kataloniya rəhbərliyi istefaya göndərilib. 



05 Oktyabr - "The New York Times" nəşri Hollivud prodüseri Harvi Vaynşteynin cinsi təcavüzü haqqında araşdırma dərs edib. Hollivudun məşhur xanım aktyorları onu tənqid ediblər. 



17 Oktyabr – ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri və Suriya Demokratik Qüvvələri İraq və Şam İslam Dövləti (İŞİD) paytaxtı elan olunan Suriyanın Rakka şəhərini azad edib. Şəhərin azad olunması il bağlı döyüşlər dörd aydan çox davam edib. 



30 Oktyabr Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verilib. Layihənin tikintisinə 2007-ci ildə başlanılıb və "Dəmir İpək Yolu" adlandırılıb. Azərbaycan paytaxtında keçiriləcək açılış mərasimində Azərbaycan Prezidentİlham Əliyev, Türkiyə PrezidentRəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, eləcə də 3 ölkənin digər rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak ediblər.



21 Noyabr – Zimbabvedə hərbi çevriliş baş verib. Ölkədə 37 il hakimiyyətdə olan Robert Muqabe parlament tərəfindən istefaya göndərilib. Gələn il ölkədə 37 ildən sonra prezident seçkilərinin keçiriləsi gözlənilir. 



4 Dekabr - Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehi üsyançı hüsilər tərəfindən qətlə yetirilib.



05 Dekabr – Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskva görüşündə Xəzərin hüquqi statusu razılaşdırılıb. Yekun konvensiyanın gələn il Qazaxıstanda keçiriləcək sammitdə Xəzəryanı ölkələrin hökumət başçıları tərəfindən imzalanması gözlənilir. 

06 Dekabr – ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdığını bəyan edib. Bu qərar Avropa və müsəlman ölkələri tərəfindən sərt şəkildə tənqid olunub. Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının Qüdsə bağlı fövqəladə zirvə toplantısı keçirilib.



Hazırladı: Eldar Tanrıverdiyev (azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam