Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Müsavatda növbəti təlatümlər yaşayır

Funksionerlər savaşır, müavin istefa verir, başqan BMCMİ-nə çağırılır - partiya mövcud durumdan çıxa biləcəkmi...

Yenixeber.org:Müsavat Partiyası son günlərdə növbəti böhran yaşayır. Uzun illərdir saxta partiya arayışları satmaq iddiaları var ikən bunu partiyanın Divan üzvü Alya Yaqublunun öz facebook səhifəsində dolayısı ilə yazması, başqan müavini Elman Fəttahın istefa verməsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin qərargahla bağlı quruma xəbərdarlıq etməsi və son olaraq da, başqan Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması Müsavatın işlərinin heç də xoş getmədiyini göstərir... Müsavatın xanım Divan üzvü Alya Yaqublunun facebookda paylaşdığı bir status təşkilat daxilində ciddi intriqaların olduğunu göstərir. Belə ki, günlər öncə xanım funksioner partiya rəhbərliyindən çox güman ki, birini nəzərdə tutaraq, “biletsatan” ittihamı irəli sürmüşdü. Onun bu statusda Müsavat başqanının müavini, Divan üzvü olan yaxın qohumu Tofiq Yaqublu müdafiə etdiyi məlum olmuşdu. Həmin statusu bir daha xatırladırıq: “Bu ölkənin dərdi təkcə hakimiyyət deyil. Bu ölkənin dərdi həm də odur ki, biletsatanın biri ömrünü bu hakimiyyətlə mübarizəyə həsr eləmiş birini hakimiyyətə işləməkdə ittiham edir. Təsəvvür eləyə bilirsiniz?”.

Doğrudur, A.Yaqublu mətbuata açıqlamasında statusunun doğru anlaşılmadığını bildirib. Sitat: “Mən nə yazmaq istəmişəmsə, onu da yazmışam. Burda başqa məna axtarmaq lazım deyil. Yazdığım fikri başqa yerə yozmaq, sadəcə, kimlərəsə sərf edir. Ancaq mənim yazdığımda yozulacaq heç nə yoxdur”.

Image result for Alya Yaqublu

Bu məsələ gündəmdən düşməmiş E.Fəttahın başqan müavinliyindən istefa verdiyi xəbərləri yayıldı. İstefasına səbəb kimi də, E.Fəttah partiyanın idarəçiliyində fikir ayrılığının olduğunu gətirdi.  Partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bu istefa ilə bağlı əlavə şərhin verilməcəyini bildirdi ki, bu da bir sıra suallara yol açdı.

Image result for Tofiq Yaqublu

T.Yaqublu istefa ilə bağlı verdiyi açıqlamada isə E.Fəttaha haqq qazandırıb: “Çünki partiyada fikir ayrılığı var. Düzdür, Elman Fəttah mənim Milli Şurada olmağımı istəmir. Ancaq bu istefa mənimlə bağlı deyil, onun dediyi fikir ayrılığı ilə əlaqədardır".

Başqan müavininin istefası ilə bağlı yaranan sualların üzərinə yeniləri də əlavə olunub. Belə ki, onun bir ay öncədən istefa verdiyinə baxmayaraq, məlumatın dekabrın 13-də mətbuata sızması partiya daxilində bizə məlum olmayan çox ciddi proseslərin getdiyini göstərir. Özü də maraqlıdır ki, bu istefa xəbəri çıxmamışdan bir gün öncə Müsavat başqanı Arif Hacılı partiyanın Təşkilat Şöbəsinin sədri, Divan üzvü Razim Əmiraslanlını özünə müavin təyin etmiş, lakin onun hansı məsələlər üzrə müavin təyin olunduğu açıqlanmamışdı. E.Fəttahın müavinlikdən gedişindən sonra R.Əmiraslanlının onun yerinə təyin olunduğu deyilsə də, bu fikirlərə A.Hacılı son qoyaraq, bunun belə olmadığını bildirib: “Müsavatda boş müavin yerləri var, vəssalam”.

Bu arada isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin partiyaya qərargahdan çıxarıla biləcəkləri barədə hədələri gəlib. Buna səbəb Müsavatın dekabrın 17-də REAL hərəkatına qurultay keçirmək üçün qərargahın zalını ayırması olub.

Koordinat.az xəbər verir ki, bununla bağlı partiyaya əsaslandırıcı formada komitə sədrinin müavini Rafiq Cəlilovun adından məktub daxil olub. Məktubda bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 4 mərtəbəli binanın 1-ci, 2-ci mərtəbəsində yerləşən 1305.9 kvadratmetr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Müsavat Partiyası ilə bağlanılmış 19 yanvar 2004-cü il tarixli 1231 saylı icarə müqaviləsinin 6.1-ci bəndinə əsasən, icarəyə verənin yazılı razılığı olmadan icarəçi tərəfindən əmlakın ikinci əldən icarəyə verilməsi, bu və ya digər formada başqa şəxsin istifadəsinə verilməsi qadağandır.

“Müqavilənin 8.2.3-cü bəndinə uyğun olaraq, verilmiş əmlak icarəyə verənin razılığı olmadan içarəçi tərəfindən ikinci əldən icarəyə (subicarəyə) və ya hər hansı məqsədlə istifadəyə verildikdə, müqaviləyə xitam verilir.

Bununla əlaqədar olaraq, nəzərinizə çatdırılır ki, icarə müqaviləsinin sözügedən bəndləri pozulmaqla icarə obyekti tərəfinizdən üçüncü şəxslərin istifadəsinə verildiyi halda, icarə müqaviləsinə dərhal xitam verilməklə icarə obyektinin boşaldılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək” - deyə məktubda qeyd olunub.

Nəticədə Müsavat və REAL rəhbərliyi arasında dekabrın 15-də görüş keçirilib və görüşdə A.Hacılının yazdığı statusdan anlaşılır ki, əsas müzakirə mövzusu REAL-ın qurultayı olub. Müsavat başqanı statusunda qurultayın ertələnməsinin əsas müzakirə olunduğunu bildirməklə, qurultayın olmayacağı anonsunu verib.

Son olaraq, dekabrın 15-də A.Hacılı BMCMİ-ə çağırılıb və sorğu sual edilib. İdarədən çıxandan sonra A.Hacılı onun BMCM-ə çağırılmasıın əsas səbəbinin son zamanlarda Müsavat Partiyasının Mərkəzi Qərargahında keçirilən tədbirlər olduğunu bildirib.

Arif Hacılı deyib ki, onun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılması ilk növbədə REAL partiyasına qurultayın keçirilməsi üçün Müsavatın yer verməsi ilə bağlıdır.(müsavat)

Cavanşir ABBASLI


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr