Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Rauf Mirqədirovun həbsi dediklərinin təsdiqidir”

 

   

     "Xeberinfo.com": Bir neçə aydır fəaliyyəti dayanan “Ayna-Zerkalo” qəzetlərinin 24 yaşı tamam oldu. Qəzetin baş redaktoru Elçin Şıxlı müsahibəsində deyib ki, rəhbəri olduğu qəzetlər bərpa olunmayacaq: “Mən belə başa düşürəm ki, qəzet bərpa olunmayacaq. Plan qəzeti bərpa etməkdi, amma bu gedişlə heç də bərpa olunmayacaq”.

Elçin Şıxlı onu da qeyd edib ki, yazdıqlarını tək Azərbaycanda yox, Rusiyada da, Türkiyədə də bir çox adamlar sindirə bilmir: “Həm “Ayna”nın, həm “Zerkalo”nun saytı var. Söhbət qəzeti kağız və yaxud elektron formatda buraxmaqdan getmir. Söhbət onun məzmunundan gedir. Yazdıqlarımızı tək Azərbaycanda yox, Rusiyada da, Türkiyədə də bir çox adamlar sindirə bilmir. Əsas da təbii ki, Azərbaycanda. Ona görə də düşünürəm ki, kağız versiyası olmayan yerdə heç elektron versiyasına da ehtiyac yoxdur”.

Elçin Şıxlı “yazdıqlarımızı tək Azərbaycanda yox, Rusiyada da, Türkiyədə də bir çox adamlar sindirə bilmir” deyəndə nəzərdə tutur?

 

    Baş redaktor bildirdi ki, Rauf Mirqədirovun həbsi dediklərinin təsdiqidir: “Rauf Mirqədirov Rusiyanın Azərbaycana qarşı siyasətini dəlillərlə təhlil edib tənqid edirdi. Rusiyanı imperiya ambisiylarını həmişə pisləyirdi. Mirqədirov dəfərlə yazıb ki, Azərbaycan özünün suverenliyini və təhlükəsizliyini qorumaq üçün Gürcüstan və Türkiyə ilə hərbi saziş bağlamalıdı. Rauf Mirqədirovu erməni casusu elan ediblər. Ancaq görürük ki, Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Naxçıvanda 2 gündür ki, həmin məsələ ətrafında müzakirələr aparırlar. Yəni, bütün enerji kəmərləri qorunması bu üç dövlətin narahat edirdi. Mirqədirov bundan yazırdı. Bu isə birbaşa Rusiyanın maraqlarına ziddi. Rauf bəy Ərdoğanın siyasətini dəlillərlə bir çox hallarda tənqid edirdi. Azərbaycanın daxilində olan bəzi şəxslərd də Rusiya siyasətinə qulluq edən qüvvələrdi. Əlindən tutmamışam buna görə də konkret ada çəkə bilmərəm. Ancaq bütün bunların nəticəsidir ki, Mirqədirovun dediklərini indi özləri edirlər. Mirqədirov erməni casusu elan olunub və artıq aprelin 21-dən bu adam məhbəsdədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam