Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ABŞ YAXIN ŞƏRQDƏ HAKİM ROLUNU İTİRİR –Tramp “yaşıl xətt”i niyə dağıtdı? –TƏHLİL

Renaud Girard

"Le Fiqaro"

13 DEKABR 2017

 

Yenixeber.org: Niyə dekabrın 6-ı ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq tanıması nəinki bütün ərəb-müsəlman dünyasında, həmçinin Avropada bu qədər emosiyaya səbəb olub? Knesset və İsrailin baş nazirinin Qüdsdə yerləşməsindən təxminən 70 il keçib. Qüds 3000 il əvvəl çar Solomonun dövründə yəhudi dövlətinin paytaxtı olub. Çar orada böyük məbəd ucaldıb. Hazırda tikilinin yalnız qərb divarı, məşhur Ağlama divarı qalıb. Belə olduğu halda, bəlkə Donald Tramp (Donald Trump) yalnız həqiqəti etiraf edib? O, məhz bunu iddia edir və prezidentin arqumenti tamamilə keçərlidir.

Ancaq ABŞ-ın Tel-Əvivdə yerləşən səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərar iki ciddi diplomatik problem yaradır.

Birincisi, bu indiyənədək Birləşmiş Ştatlarla BMT-nin imzaladığı bütün sənədlərə ziddir. Britaniya mandatı dayandırıldıqdan sonra 1947-ci ildə imzalanan Fələstinin bölünməsi planında yəhudi və ərəb dövlətlərinin yaradılması, həmçinin tək allahlı üç böyük dinin – iudaizm, xristianlıq və islamın müqəddəs şəhəri kimi Qüdsün beynəlxalq status alması nəzərdə tutulub. Fələstinin 58%-i yəhudilərə, 42%-i isə ərəblərə verilib. Bu plana həyata keçmək qismət olmayıb. 1948-ci ildə sonuncu Britaniya əsgəri bu torpaqları tərk edən kimi Devid Ben-Qurion (David Ben Gurion) müstəqillik elan edib, ərəb dövlətləri (Misir, Livan, Suriya, İordaniya, İraq) yeni qurulan yəhudi dövlətinə hücum edib. Ərəb dövlətləri müharibədə məğlubiyyətə uğradıqdan sonra İsrail dövləti öz ərazilərini 78%-ə kimi genişlədib. Qalan 22% isə İordaniya ordusunun nəzarəti altında qalıb. 1967-ci il Altı günlük müharibə zamanı əldə etdiyi qələbə sayəsində İsrail Şərqi Qüdsü (Ağlama divarı ilə birgə), İordan çayının qərb sahilini, Qəzza sektorunu, Sinay yarımadasını və Suriyanın Qolan yüksəkliklərini ələ keçirib. BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsi onda İsraili ərəb dövlətləri ilə sülh müqabilində işğal edilmiş əraziləri tərk etməyə çağırıb. Beləliklə, “yaşıl xətt” (1949-cu ilin fevralında atəşkəs xətti) İsrail dövlətinin dünya ictimaiyyəti tərəfindən tanınan sərhədləri olub. Ancaq bu qətnamə heç vaxt tətbiq olunmayıb. 1978-ci il sentyabrda bağlanan Kemp-Devid sülh sazişinə əsasən İsrail Sinay yarımadasını Misirə qaytarıb. 1994-cü il oktyabrda İsraillə imzalanmış sülh sazişinə əsasən İordaniya Rabin və Ərəfat arasında 1993-cü il sentyabrda əldə olunan sazişin şərtləri daxilində gələcək Fələstin dövlətinin tərkibinə qatılacaq olan Qərb sahili ilə bağlı bütün iddialarından imtina edib. Qeyd edək ki, saziş Ağ Evin çəmənliyində imzalandıqdan öncə gizli şəkildə Osloda müzakirə edilib. Lakin Oslo sazişi “HƏMAS”-ın silsilə hücumları və Likudanın hazır olmaması ucbatından pozulub. Buna görə Yaxın Şərqdə indiyənədək sülh mövcud deyil.

Qüdsün yekun statusu BMT-nin himayəsi altında ərəb-israil sülh müqaviləsinin elementlərindən biri olmalı idi. Tramp tələsik qərarı ilə ABŞ-ın əvvəlcədən dəstəklədiyi danışıqlara ziyan vurub.

İkinci problem ondan ibarətdir ki, Tramp qərarı ilə Amerikanı ərəb-yəhudi münaqişəsində oynadığı hakim rolundan məhrum edib. 1948-ci ildən İsrailin təminatçısı kimi ABŞ indiyənədək balanslaşdırılmış mövqeyini qoruyub saxlamağa çalıb ki, bu da ona real “ədalətli vasitəçi” olmağa imkan verib. 1956-cı il noyabrda məhz Vaşinqton İsrailin müttəfiqləri ingilis və fransızları Nasirə qarşı Süveyş müharibəsinə son qoymağa məcbur edib. 1973-cü il oktyabrda Kissincer (Henry Kissinger) İsraili Misirin üçüncü ordusu ətrafında mühasirə dairəsini zəiflətməyə inandırıb. Prezident Corc Buşun (George Bush) təşəbbüsü ilə 1991-ci il oktyabrda Madriddə sülh konfransı keçirilib. Prezident İsrail tərəfinin qatı müqavimətinə baxmayaraq, Fələstin nümayəndə heyətini konfransa dəvət edib.

Bütün geosiyasətçilər Qüds üçün hansı qərarın daha məntiqli olacağını bilir. Şəhərin qərb hissəsi İsrail, şərq hissəsi ilə Fələstin dövlətinin paytaxtı olmalıdır. Ağlama divarı isə İsrail tərəfinə, digər tərəfdən, iki müqəddəs məscid Fələstinə verilməlidir.

Onda israil-fələstin ərazi problemi sadəcə həll edilə biləcək siyasi problem olardı. İndi isə hər iki tərəf bu məsələyə dini qatdığı üçün həll demək olar qeyri-real görünür. Daha bir pis xəbər ondan ibarətdir ki, Amerika bu sonsuz münaqişədə daha potensial hakim rolunu oynamır. (Xpress)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam