Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Səudiyyə Ərəbistanının rəhbərliyi İstanbuldakı Qüds sammitinə niyə qatılmadı?

İstanbulda İslam Əməkdaşlıq Təşkilatına 57 üzv ölkədən 48-i qatılıb və bu ölkələrin təmsilçilərindən cəmi 16-sı birinci şəxsdir. Dövlətlərin sırf dini və ya etnik yaxınlıq səbəbi ilə bütün məsələlərdə həmrəy olmasının zəruriliyi barədə fikirləri bölüşmürəm. Əgər ayrı-ayrı dövlətlər varsa, deməli, ayrı-ayrı maraqlar da var və bu da normaldır.

Yenixeber.org: Bunu Türkiyənin çağırışı ilə İƏT-in Qüds probleminə həsr olunmuş fövqəladə toplantısını şərh edən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, din amili həmin ölkələri eyni cür düşünməyə, eyni istiqamətdə addımlamağa vadar edə bilməz və etməməlidir:

“Lakin Qüds-Fələstin problemi müsəlmanların həmrəy olduğu nadir məsələlərdən biridir. Trampın qərarından sonra sözdə də olsa, bu həmrəyliyin ortaya qoyulması ehtimalı var idi, yenə olmadı. Səudiyyə, Misir kimi ərəb dünyasının lider dövlətləri zirvəyə aşağı səviyyəli təmsilçi göndərib. Səudiyyə tərəfi ümumiyyətlə nazir müavini səviyyəsində iştirak etməklə İstanbul görüşünə münasibətini açıq şəkildə ortaya qoydu”.

Ş.Cəfərlinin sözlərinə görə, Ər-Riyadın bu cür mövqe sərgiləməsinin bir neçə səbəbi var:

“Birincisi, Səudiyyə və onun çevrəsindəki ərəb ölkələrinin ABŞ-İsrail cütlüyü ilə birlikdə hərəkət etməsi və bu zəmində bölgədə yeni bir ittifaq qurulması çabalarıdır. Trampın qərarı bu məsələdə bir az qeyri-müəyyənlik yaradıb.

İkincisi, regional liderlik uğrunda Səudiyyə-İran mübarizəsinin kəskinləşməsi və tərəflərin cəbhələşməsidir.

Üçüncüsü, Türkiyənin regional siyasətdə İranla yaxınlaşmasının bölgənin sünni cinahında narazılıq yaratması ilə bağlıdır.

Dördüncüsü, Türkiyə-Misir münasibətlərində gərginliyin davam etməsidir.

Sonuncu məsələ ilə bağlı bir məlumatı qeyd edim ki, noyabrda Misirdə 29 Türkiyə vətəndaşı həbs edilib. Bu şəxslər Türkiyə kəşfiyyatı üçün məlumat toplamaqda, “İxvan”ı yenidən hakimiyyətə gətirmək üçün müxtəlif fəaliyyətlər həyata keçirməkdə, çirkli pulların yuyulmasında və s. əməllərdə ittiham olunur. Belə bir vəziyyətdə Əbdülfəttah Sisinin Türkiyədəki toplantıya qatılması zatən gözlənilmirdi.

ABŞ, İsrail və Səudiyyə Ərəbistanı bir müddətdir ki, Fələstin məsələsinin çözümü üçün yeni sülh planı üzərində işləyir. ABŞ tərəfindən Trampın kürəkəni Kuşner bu işi koordinasiya edir. Qüdsün İsrailin paytaxtı kimi tanınması həm də fələstinlilərə verilən göz dağı idi, yəni güzəştlərlə razılaşmasanız, itirməyə davam edəcəksiniz”.(axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam