Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qadın zabitlərinə hərbi geyim forması kimi şalvar da veriləcək

Qadın zabitlərinə hərbi geyim forması kimi şalvar da veriləcək

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qadın zabitlərə hərbi geyim forması kimi şalvar da verəcək

Yenixeber.org: Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Belə ki, indiyədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qadın ali zabitlərə hərbi geyim forması kimi 2 ildənbir bir dəst tünd zeytun rəngli qış kiteli və yubka, kəmərciklərlə təmin edirdi. Dəyişikliklə, qadınlara şalvar da veriləcək.

Qadın zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normasında da dəyişiklik edilib. Eyni məzmunlu dəyişiklik bu bölməyə də aid edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam