Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bir aha döndü

 

 

 

Daş oldun başıma ey qara günüm,

İllərlə əzildim, köksüm yaralı,

Çəkirsən sən məni hey dara, günüm,

Sevincim, gülüşüm, məndən aralı...

 

Özümü görmədim məhəbbətində,

Hissimi, duyğumu ayaqlayırsan.

Bilirsən, yox oldun həqiqətində,

Məni, sən yalanla dayaqlayırsan...

 

Eşqinlə yaşadım,- sevdim, sevildim,

Sarıldın ruhuma bəxtəvər oldum,

Bəs niyə, özümdə gömdüm, gömüldüm,

Hər yalan sözündən, bixəbər oldum. 

 

Həyatın çoxlardan bircəcik quşu,

Nəfəsi niyə bəs bir aha döndü.

Könlünün incədən  incəcik quşu,

Sevgisiz yuvaya nədən bəs döndü?!...

 

Eşqsiz ürəkləri nifrət şum edər,

Bitməyən toxumu torpaq çürüdər.

Sevən bir ürəyi sevgi mum edər,

Hər kəsin dərdini torpaq üyüdər.

Təranə Şəms.23.11.2017


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam