Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Məleykə Əsədova məhkəməyə verildi- 300 minlik təzminat

Məleykə Əsədova məhkəməyə verildi

 

Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı məhkəməyə verib. O, aktrisadan 300 min manat təzminat tələb edir

 

Yenixeber.org: Bu barədə M.Əsədovanın vəkili Tağı Hüseynov məlumat verib. Vəkil bildirib ki, tərəflər razılığa gəlmək istəmir və məhkəmə proses davam edəcək.
“Ramiz Məlikin niyə belə reaksiya verdiyini başa düşə bilmirik. Məhkəməyə iddia ərizəsi verib ki, Məleykə xanım onun evinə zəng edərək, həyat yoldaşını hədələyib. Amma əslində, elə olmayıb. Məleykə xanım telefonda deyib ki, Ramiz bəyə ayıb olsun, qeyrətini çəkmək onun işi deyil. Gedişat göstərir ki, tərəflərin bir-birilərinə güzəştə getmək fikri yoxdur. Məleykə xanım nə etdiyini bilir. Amma Ramiz bəyin cavabları anlaşılmazdır. O, birinci məhkəmə görüşündə dedi ki, aktrisaya heç nə deməyib. Əgər heç nə deməmisənsə, niyə üzr istəyirsən?! Əlimizdə saytlardan götürdüyümüz materiallar var. "Fahişə" sözü heç nədir? Dediyini boynundan atır.

Məhkəmə zamanı mən ona dedim ki, ağsaqqal adamsan, növbəti iclasa qədər Məleykə xanımla danış, bildir ki, səhv etmisən. Onu yola gətirməyə çalışdım. Cavab verdi ki, mətbuat vasitəsilə üzr istəmişəm, artıq heç nə edə bilmərəm. Ramiz bəy məhkəməyə müraciət etməkə Məleykə xanıma təzyiq göstərmək istəyir", - deyə Tağı Hüseynov bildirib.

Vəkilin sözlərinə görə, M.Əsədova R.Məliki bağışlamaq fikrində deyil. Növbəti məhkəmə dekabr ayının 19-a təyin edilib: "Böhtan və təhqirlə bağlı məhkəməyə ayrıca müraciət olunacaq. Cinayət Məcəlləsində böhtanla bağlı 147-ci maddə, təhqirlə bağlı isə 148-ci maddə var. Bu maddələri əsas götürərək məhkəməyə müraciət olunacaq. Ramiz Məlik artıq dövlət tərəfindən də cəzalandırılacaq”.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib. Bundan qəzəblənən aktrisa Ramiz Məliki məhkəməyə verib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam