Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Qüds məsələsində Putinlə mövqeyimiz eynidir” -Ərdoğan (VİDEO)

 

“Qüds məsələsində Putinlə mövqeyimiz eynidir” - Ərdoğan (VİDEO)

Türkiyə və Rusiya prezidentləri arasında bu gün Ankarada keçirilən təkbətək görüşdə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması müzakirə olunub.

Yenixeber.org  xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra rusiyalı həmkarı Vladimir Putinlə keçirdi birgə mətbuat konfransında bildirib.

Ərdoğan Rusiyanın Qüds məsələsində Türkiyə ilə oxşar mövqedə olduğunu vurğulayıb.

"Türkiyə-Rusiya əlaqələri hər gün daha da inkişaf edir. Biz telefon danışıqları və görüşlər zamanı ölkələrimiz üçün əhəmiyyətli olan məsələləri müzakirə edirik. Bugünkü görüşdə Qüds mövzusunu müzakirə etdik. Putinlə mövqeyimiz oxşardır" - Ərdoğan deyib.

Rusiya prezidenti isə vurğulayıb ki, ABŞ-ın qərarı bölgədəki vəziyyəti daha da gərginləşdirəcək.



Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanarasında Ankarada bir saata yaxın təkbətək görüş keçirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam