Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Leyla Əliyeva Tbilisidə keçirilən"Canlı həyat" sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Tbilisidə keçirilən

 

Tbilisidə IDEA İctimai Birliyinin təşəbbüsü ilə "Canlı həyat" (Live Life) sərgisinin açılışı olub

 

Yenixeber.org: Sərgi Zurab Sereteli adına Müasir İncəsənət Qalereyasında baş tutub. Sərginin açılışında IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva, Tbilisi meri Kaxa Kaladze və onun modelyer həyat yoldaşı Anuki Areşidze, Gürcüstan dövlət və hökumət nümayəndələri, parlament deputatları, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Sərgini keçirməkdə məqsəd ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirməkdir.

Tədbiri Gürcüstan mədəniyyət naziri Mixail Giorqadze açıb. Sonra Leyla Əliyeva çıxış edib və sərginin keçirilməsi məqsədindən danışıb.

Sərgi IDEA İctimai Birliyinin təşəbbüsü ilə açılıb. Sərgidə L.Əliyevanın 11 rəsm əsəri nümayiş olunub. “Canlı həyat” (Live Life) adlı sərgi layihəsi London, Paris, Berlin və Moskvada da nümayiş etdirilib.

Sərgidə azərbaycanlı rəssamlardan Məryəm Ələkbərli, Aysel Heydərova, Timur Özdəmirov, Rəhim Çopurov, Fidan Novruzova, Nailə Sultanın və gürcü rəssamlardan David Mçedlişvili, Oleq Timçenko, Giqa Kobidze və David Aleksidzenin rəsm əsərləri də nümayiş olunub. Layihənin kuratoru Herve Mikaelofdur.

Sərgi dekabrın 31-dək davam edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam