Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

London polisi Heydar Paşazadənin şərab mağazasını bağladı

London polisi Heydar Paşazadənin şərab mağazasını bağladı

 

Böyük Britaniyanın Ticarət departamenti Azərbaycan əsilli iş adamı Heydar Paşazadəyə məxsus şərab və ərzaq mağazasının lisenziyasını geri götürüb

 

Yenixeber.org: Belə bir qərara səbəb kimi saxta spirtli içki satılması və mağazada “kriminal fəaliyyətlə” məşğul olunduğu gətirilir.

Yerli sakinlər İnternational Food Wine Beer mağazasından polisə şikayət edərək bildiriblər ki, orada saxta Hennesy konyakı satılıb. Sakinlər gecə saatlarına kimi mağazada spirtli içki satılmasına da qarşı çıxıblar.

Polis əməkdaşları mağazanın sahibi Heydar Paşazadə ilə əlaqə yaratmağa cəhd etsələr də, bu, mümkün olmayıb. Belə ki, iş adamı daim ya Azərbaycanda, ya da Türkiyədə səfərdə olub. Nəhayət, Paşazadənin özü polisə gələrək, heç bir xəbərdarlıq almadığını bildirib.

Lisenziya üzrə qrupun üzvü Adrian Morris mağazada qanunvericiliyin kobud surətdə pozulması hallarının aşkar olunduğunu bəyan edib.
Hazırda, müvafiq orqanlar tərəfindən  mağazada həddi-büluğa çatmayanlara spirtli içkilərin satılması ilə bağlı daxil olmuş məlumatlar yoxlanılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam