Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Universitetlər arasında əməkdaşlıq memarandumu imzalanıb

Universitetlər arasında əməkdaşlıq memarandumu imzalanıb

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq memarandumu imzalanıb

 

 

 

Yenixeber.org: AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq memarandumu imzalanmışdır. Əlyazmalar İnstitutunun akt zalında baş tutan tədbiri elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., professor Aybəniz Əliyeva-Kəngərli açmışdır. O, 2017-ci ilin payızından başlayaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Özbəkistan Respublikasının Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında sıx əməkdaşlıq əlaqələrinin yarandığını, hər iki təşkilatın səlahiyyətli nümayəndələrinin intensiv görüşlər keçirdiyini bildirmiş və memarandum ideyasının da həmin görüşlərdə meydana gəldiyini vurğulamışdır. A.Əliyeva-Kəngərli müqavilənin hər iki elm ocağında elm və təhsilin inteqrasiyasına təkan verəcəyini, bu sahədə qarşılıqlı, faydalı əməkdaşlığa şərait yaradacağını diqqətə çatdırmışdır.

Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək səmimi qəbula görə institut rəhbərliyinə minnətdarlığını bldirmişdir. O, institut ilə universitet arasında əməkdaşlıq sənədinin imzalanmasını münasibətlərdə yeni mərhələ kimi dəyərləndirmişdir.

Görüşdə iştirak edən Əlyazmalar İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov əməkdaşlığın akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacağını vurğulamışdır.

Daha sonra çıxış edən institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov memorandumun beynəlxalq layihə və inkişaf proqramlarının həyata keçirilməsində önəmli rol oynayacağını qeyd etmişdir.

Əməkdaşlıq memorandumunu Əlyazmalar İnstitutu adından elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti adından isə Samir Abbasov imzalamışlar.

Sənəddə humanitar sahədə elmi layihələrə dəstək, müştərək konfrans, seminar və simpoziumların təşkili, yeni nəşrlərlə bağlı təqdimatların keçirilməsi nəzərdə tutulur. Memorandumun əsas hədəflərindən biri əlyazmaların tədqiqi sahəsində uzunmüddətli və konstruktiv əməkdaşlığa nail olmaqdır.

 

 

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

İctimaiyyətlə əlaqələr şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam