Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Fələstinin Azərbaycandakı səfiri Trampın qərarına münasibət bildirdi

Fələstinin Azərbaycandakı səfiri Trampın qərarına münasibət bildirdi

 

 

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına öz mövqeyini bildirib

 

Yenixeber.org: Sputnik Azərbaycan-a açıqlama verən səfir belə deyib: “Fələstinin rəsmi mövqeyi ondan ibarətdir ki, Donald Trampın dünənki addımı sülh cəhdlərinə vurulan güclü, dağıdıcı zərbədir və onun Qüdsü İsrail Dövlətinin paytaxtı kimi tanımaqla ərazilərin yalnız güc vasitəsilə işğal edilməsinə dəstək verdiyini açıq şəkildə elan etməsidir".

“Beynəlxalq qanunvericilik baxımından və beynəlxalq ictimaiyyətin yekdilliyi ilə Şərqi Qüds işğal edilmiş Fələstin torpağıdır. Təəssüf ki, o, Binyamin Netanyahunun rəhbərlik etdiyi işğalçı, şovinist bir hökumətin yanında vasitəçi olmağa qərar verdi. Bu hökumətdə ədalətli sülhə inanmayan, gündəlik olaraq və açıq şəkildə sülh cəhdlərinə olan düşmənçilikləri haqqında danışan və fələstinlilərə qarşı öz irqçiliklərini göstərən ən qatı ekstremist sionistlər cəmləşib”, -  deyə səfir bildirib. 

Səfir qeyd edib ki, bununla və bu yeni vəziyyətin fonunda ABŞ-ın münaqişənin həllində konstruktiv rol oynaması mümkün deyil: “Donald Trampı dinləyən zaman yaranan ümumi hisslər ondan ibarət idi ki, sanki o, Binyamin Netanyahu və onun sionist, ektremist tərəfdarları tərəfindən yazılmış sənədi oxuyurdu. Təəssüf ki, onun çıxışı bütün fələstinlilər, ərəblər, müsəlmanlar, xristianlar və dünyada olan sülh tərəfdarlarının hisslərinə qarşı təxribatçı çıxış idi. O, zülmkar və ekstremist qüvvələrə hədiyyə bəxş etdi”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dünən Qüdsü (Yerusəlim – red.) İsrailin paytaxtı kimi tanıması barədə qərarını elan edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam