Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Rəsmi Ankaradan Trampın bəyanatına– SƏRT REAKSİYA

Rəsmi Ankaradan Trampın bəyanatına

 

Qüdsün statusunun dəyişməsi fəlakətə səbəb ola bilər

 

Yenixeber.org: Bu barədə Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.

“Beynəlxalq müqavilələrlə qorunan Qüdsün statusunun dəyişdirilməsi regionda yeni toqquşmalara səbəb olacaq. Bu addım nə İsrailin, nə digər dövlətlərin, nə də ümumilikdə regionun xeyrinə olmayacaq. Türkiyə yaranmış vəziyyətin inkişafını diqqətdə saxlayacaq”, - o qeyd edib.

Bozdağ həmçinin xatırladıb ki, müvafiq qətnamələr BMT-ni Qüdsün statusunun müdafiəsinə qalxmağa məcbur edir:

“Heç kim gözləməməlidir ki, türkiyə regionda yeni status-kvonun yaranmasına razılıq verəcək”.

Qüdsün statusu Fələstin-İsrail münaqişəsinin əsas məsələlərindən biridir. İsrail Qüdsü ölkənin “bütöv və bölünməz” paytaxtı hesab edir. Fələstinlilər isə şəhərin şərq hissəsini öz dövlətlərinin paytaxtı elan etmək istəyirlər.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı elan edəcəyini bəyan edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam