Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanlı biznesmeni intihara məcbur edən polis həbs edildi

Azərbaycanlı biznesmeni intihara məcbur edən polis həbs edildi

 

Xəbər verdiyimiz kimi, noyabrın 22-də Moskva vilayətinin Korolyov bölgəsində meyvə satışı ilə məşğul olan azərbaycanlı Rövşən Allahverdiyev özünü yandırıb

 

Yenixeber.org: Allahverdiyevi intihar həddinə çatdıran polis kapitanı Mixail Vinoqradov həbs edilərək barəsində cinayət işi başlanıb.

Qeyd edək ki, mütəmadi olaraq azərbaycanlı sahibkardan pul alan polis kapitanı M. Vinoqradov hadisə baş verən gün R. Allahverdiyevin yanına gəlib. Podlipka stansiyası ətrafında meyvə-tərəvəz piştaxtası olan R. Allahverdiyev bu dəfə polis kapitanına “haqq” verməkdən imtina edib. Bu zaman Vinoqradov onu piştaxtasını yandırmaqla hədələməyə başlayıb və avtomobilindən benzinlə dolu şüşə qab götürərək Rövşənin və piştaxtanın üstünə töküb. Polisin hədəsindən bezən Rövşən kibriti özü alışdırıb. Nəticədə azərbaycanlı iş adamı yanıb.

Podlipka stansiyası ətrafında çalışan digər azərbaycanlılar R. Allahverdiyevi dərhal xəstəxanaya çatdırıblar. Ağır yanıq xəsarətləri alan azərbaycanlı reanimasiyaya yerləşdirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam