Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycanlı iş adamları hansı universitetlərdə təhsil alıblar?– FOTO

Azərbaycanlı iş adamları hansı universitetlərdə təhsil alıblar?

 

Azərbaycanlı biznesmenlərin həyatı daim diqqət mərkəzində olur

 

Yenixeber.org: Bunu nəzərə alaraq bir sıra iş adamlarının təhsili ilə maraqlanıb.

 

1. Vahid Ələkbərov

Milyarder iş adamı, Rusiyanın “LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib.

2. Araz Ağalarov

Azərbaycan əsilli Rusiya biznesmeni, “Crocus Group” şirkətlər qrupunun prezidenti və sahibi Araz Ağalarov 1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olmuş, 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskvaya gedərək aspiranturaya daxil olub. 1977-1983-cu illər isə Elmi-Tədqiqat İnstitutunu bitirib. Araz Ağalarov iqtisad elmləri doktorudur.

3. Mübariz Mənsimov

Azərbaycanda doğulmuş Türkiyəli iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib.

4. Fərhad Əhmədov 

Azərbaycanda doğulmuş Rusiyalı iş adamı, Rusiya milyarderi Fərhad Əhmədov 15 yaşında Moskvaya gələrək qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirib. Məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib. 1977-ci ildə əmtəə və əmtəəşünaslıq ixtisası üzrə Skryabin adına Baytarlıq Akademiyasını bitirib. Sonradan təhsilini davam etdirərək Ali İqtisadiyyat Məktəbini başa vurub.

5. Qod Nisanov 

Rusiyada fəaliyyət göstərən milyarder iş adamı Qod Nisanov Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir.

6. İsgəndər Xəlilov

İsgəndər Xəlilov 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, 1984-cü ildə isə Moskva Hüquq Akademiyasını bitirmişdir.

7. İlham Rəhimov 

İlham Rəhimov 1970-1975 illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, 1975-1978 illərdə Leninqrad Dövlət Universitetinin cinayət hüququ kafedrasında əyani aspirantı olmuş, 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını almışdır.  1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Bununla da o postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olmuş, 1996-cı ildə isə professor elmi adını almışdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam