Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu qəsəbələrdə təbii qaz təchizatında məhdudiyyət yaranıb

Bu qəsəbələrdə təbii qaz təchizatında məhdudiyyət yaranıb

 

 

Bu qəsəbələrdə təbii qaz təchizatında məhdudiyyət yaranıb

 

Yenixeber.org: “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev bildirib ki, saat 21:05 radələrində Sabunçu rayonu ərazisində 2-ci Zabrat Qaz Paylayıcı Stansiyasından qidalanan Zabrat-Bilgəh diametri 280 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinə paralel gedən eləcə də istismarı dayandırılmış yeraltı polad qaz kəməri naməlum şəxslər tərəfindən qazılaraq aparmaq istəyərkən polietilen qaz kəməri zədələnərək deşilmişdir.Qaz xəttində baş vermiş qəza ilə əlaqədar,şəbəkənin qaz təchizatı qayandırılmış nəticədə Sabunçu rayonu Məhəmmədi və Kürdəxanı qəsəbələrində təbii qaz təchizatında fasilə yaranmışdır.Hazırda Təmir Tikinti idarəsinin qaz qəza xidməti tərəfindən yaranmış məhdudiyyətin aradan qaldırılması üçün işlər aparılır.

Görülən təmir işləri gecə saatlarında bitəcəyindən “Təhlükəsizlik Qaydaları”nın tələbinə uyğun olaraq təbii qazın verilişi ertəsi gün təmin ediləcək.

Yaranmış məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam