Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycanda Yeni il ərəfəsində əfv gözlənilir?

Azərbaycanda Yeni il ərəfəsində əfv gözlənilir?

 

“Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı bir qayda olaraq imzalanıb. Bu, yalnız 2016-cı ildə olmayıb”

 

Yenixeber.org: Bunu Əfv Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevdeyib.

Onun sözlərinə görə, əfv sərəncamının nə vaxt veriləcəyi barədə dəqiq vaxt demək çətindir: “Bu, ölkə başçısının konstitusion səlahiyyətlərinə daxildir. İstər əfv komissiyasının üzvlərinə, katibliyə və digər aidiyyəti orqanlara mütəmadi olaraq əfvlə bağlı müraciətlər daxil olur. Bütün bu müraciətlərlə bağlı müvafiq arayışlar hazırlanır və məlumatlar toplanır. Əfv sərəncamının olmasını isə istisna etmirəm”.

Komissiya üzvü əlavə edib ki, Azərbaycanda son illər cəzaların humanistləşdirilməsi istiqamətində mühüm addımlar atılıb: “Ümid edirəm ki, bu proses davam edəcək. Çünki cənab prezident cəza siyasətinin humanistləşdirilməsini hüquq islahatlarının prioritet istiqaməti kimi müəyyən edib”. 

Müraciətlərə gəlincə, Ə.Nuriyev qeyd edib ki, hər gün Əfv Komissiyasına əfvlə bağlı müraciət daxil olur. 

Xatırladaq ki, sonuncu dəfə bu ilin mart ayında prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Dövlət başçısının sərəncamı ilə 423 məhkum əfv edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam