Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Avropa İttifaqından Ermənistana sərt şillə- VİDEO

Avropa İttifaqından Ermənistana sərt şillə

 

Avropa İttifaqı Ermənistanı şirkət və fərdi şəxslərin milli vergitutmadan yayınaraq maliyyə fəaliyyəti göstərən ofşor ölkələrin siyahısına daxil edə bilər

 

Yenixeber.org: Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Avropa İttifaqı bununla bağlı Ermənistana dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, vəziyyət düzəlmir. Beynəlxalq qurumun ayrılan pulların mənimsənilməsi səbəbindən hər il 1 milyard avro itirdiyi bildirilir. Bunun əsas hissəsi Ermənistanın üzərinə düşür. Ötən il Avropa İttifaqı bu ölkəyə maliyyə yardımını dayandıracağı ilə bağlı xəbərdarlıq da edib. Çünki beynəlxalq qurum büdcədən ayrılan vəsaitin məqsədyönlü şəkildə xərclənməsinin marağında olsa da, Ermənistanda daim problemlərlə üzləşir. Hakimiyyət bu pulları istiqaməti üzrə yox, başqa məqsədlərə xərcləyir. Ona görə də Ermənistanda hər ötən il iqtisadi böhran bir qədər də dərinləşir.

2018-ci ildə də Ermənistanın büdcə kəsiri və dövlət borcu artacaq. Bu haqda parlamentin büdcə müzakirələri zamanı ölkənin Mərkəzi Bankının hesabatında məlumat verilib. Bildirilir ki, ölkənin xarici borcu artıq gəlirləri 60 faiz üstələyir. Gələn il büdcə kəsiri 156,9 milyard dram təşkil edəcək ki, bu da 2017-ci il dövlət büdcəsinin göstəricisi ilə müqayisədə 3,8 faiz çoxdur. Bundan başqa, 2018-ci ilin yekunu üzrə Ermənistanın dövlət borcu 7 milyard dollara yaxınlaşacaq. Bu isə defoltu sürətləndirəcək.

 

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr