Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Krım tatarları ikinci kütləvi sürgün təhlükəsi ilə üz-üzə qalıb-Newsweek

Rusiya yarımadanı işğal etidkdən sonra bir çox ictimai aktiv Krım tatarı radikal islamçı adı ilə həbs edilib, onlara işgəncələr verilir, yaxınları və qohumlarına divan tutulmaqla hədələnir

Yenixeber.org: “2014-cü ilin yazında Rusiyanın Krımı işğal etdikdən sonra yarımadanın türk-müsəlman azlığı sayılan Krım tatarlarından minlərlə insan buradan baş götürüb qaçmalı oldu. Onların bir çoxu Ukraynaya, Kiyev və Lvov şəhərlərinə sığındılar”.

ABŞ-ın Newsweek jurnalının Krım türklərinin işğaldan sonrakı düşdükləri acınacaqlı vəziyyətini anladan və müəllif Padriq Ridi tərəfindən qələmə alınan məqaləsi bu cümlələrlə başlayır.

Müəllif Krım tatarlarının öz doğma vətənlərində onsuz da əslində sürgün vəziyyətində yaşadığını, Rusiyanın onların unikal kimliklərini sildiyini qeyd edir. Yazıda yerli tatar mədəniyyətinin Rusiya hakimiyyət orqanları tərəfindən işğal üçün təhlükəli separatçı təhdid halı kimi qəbul olunduğu vurğulanır.

Картинки по запросу крымские татары

“Krım tatarları işğalın onlar üçün daha çox qorxu saçdğını düşünürlər. Tatarların bir çoxu üçün indiki Rusiya və 1944-cü ildə onları kütləvi surətdə doğma torpaqlarından qovan və xalqın ürəyində dərin yaralar açan Sovet İttifaqı arasında bir o qədər də fərq yoxdur”,- yazıda qeyd olunur.

Müəllif məqalədə Sovet İttifaqı dağıldıqdan sonra təxminən 280 min tatarın öz yurdlarına geri qayıdığını, onlaırn əksəriyyətinin də Ukraynanın təbii müttəfiqinə çevrildiyini bildirir.

Картинки по запросу крымские татары

Bu səbəbdən də işğalçı rejimin məhz Krım tatarlarını gözünə düşmən kəsdirməsində təəccüblü bir şey olmadığı deyilir:

“2014-cü ilin martında Ukrayna dövləti Məclis və Qurultayı Krım tatarlarının rəsmi və nümayəndəli hakimiyyət orqanı olaraq qəbul etdi. 2016-cı ildə isə Rusiya hökuməti Məclisi ekstremist təşkilat olduğunu bildirərək onu qapatdı. Artıq bir çox Krım tatarı radikalizmdə və terrorizmdə günahlandırılaraq həbsə atılır. Rusiya hakimiyyəti bunun üçün həvəslə anti-islam ritorikasından istifadə edərək, onları “Hizb ut Təhrir” terror təşkilatının üzvü olduğunu bəyan edir”.

Картинки по запросу крымские татары

"Human Rights Watch” təşkilatı 2015-ci ildə “Hizb ut Təhrir”lə əlaqədə olmaqda ittiham edilərək həbs olunan 26 tatarın adını çəkib.

“Lakin mənim söhbət etdiyim bir çox tatar ekstremizmdən tamamilə uzaq insan təsirini bağışlayırdı”, - Padriq Ridi yazır.
Müəllif Krım tatarlarının icitmai nümayəndələrinin, media mənsublarının da ağır təzyiq altında olduğunu bildirir:

“Tatar jurnalistlər xüsusi təqib altındadırlar. Demək olar ki, tatar (türk) dilində bütün mətbu orqanlar dayandırılıb. “Crimea SOS” QHT-nin verdiyi məlumata görə isə 2017-ci ilin ilk yarısında siyasi motivlərə görə 91 tatar qeyri-qanuni olaraq saxlanılıb, tatarların yaşadıqları yerlərdə axtarışlar həyata keçrilib. Həbs olunanlara qarşı işgəncələr tətbiq olunur, sağlamlığına təhlükə yaranan insanlar həkimlə təmin olunmur. Onların yaxınları ilə görüşünə icazə verilmir”.

Müəllif 2017-ci ilin sentyabrında İsveçin Civil Rights adlı Qeyri-hökumət təşkilatı ilə işləyərkən Kiyevdə sürgündə yaşayan Krım-tatar siyasətçiləri, jurnalistləri və aktivistləri ilə görüdüyünü yazıb. 

Похожее изображение

Bu adamlardan biri də Krımda vaxtilə vəkil kimi işləyən Elmira Kataklıdır. Kataklı özünün SSRİ-də yaşadığı vəziyyəti anladaraq övladlarının da eyni kabusu gördüyünü söyləyir. Elmira Kataklı Putin Rusiyasının kommunist imperiyasının modernləşdirilmiş variantı sayır.

“Rusiyada heç kimin hüququna hörmət etmirlər. Ukraynada heç olmasa haqlarını müdafiə edə biləcəyin bir məhkəmə vardı...”, - krımlı vəkil bildirir.

Şövkət Nematullayev adlı jurnalist isə işğala qədər Krımın türkdilli ATR kanalında çalışıb Hazırda həmin kanal işğal hakimiyyəti tərəfindən ləğv edildiyi üçün yayım Kiyevə köçürülüb. Nematullayev yarımadada yerli insanların başına gətirilən müsibətləri insanların diqqətinə çatdırmaq üçün Facebook Live platformasından istifadə etdiklərini söyləyir. O, bir çox yaxınının hələ də işğal rejimi altında yaşadığını, bu səbəbdən dəfələrlə təhdidlər aldığını vurğulayıb.

Картинки по запросу крымские татары

İsgəndər Bariyev isə Məclis üzvü və tatarların Ukrayna və dünyada hüquqlarını müdafiə edən resurs mərkəzinin rəhbəridir. O, Krım tatarlarının başına gələnlərin Rusiya ilə həmsərhəd olan bütün Avropa dövlətləri üçün dərs olduğunu deyib.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam