Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Xərçəngə tutulan uşaqların sayı artıb- VİDEO

Xərçəngə tutulan uşaqların sayı artıb

 

Azərbaycanda uşaqlar arasında xərçəng xəstəliyi artıb

 

Yenixeber.org: Ötən il 10807 nəfərə bədxassəli şiş diaqnozu qoyulub ki, bunlardan 5235 nəfərini kişilər, 5572 nəfərini qadınlar təşkil edib. 

İlk dəfə bədxassəli şiş diaqnozu qoyulanlardan 84 nəfəri 13 yaşadək uşaqlar olub. Onlardan da 38 nəfəri oğlan, 46 nəfəri qız uşaqlarıdır.

2015-ci ildə 10183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Onların 4967-si kişi, 5216-sı qadın olub. Həmin il ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaqlardır.

2014-cü ildə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulan 9543 nəfərdən 81 nəfərini 13 yaşadək uşaqlar təşkil edib.

2013-cü ildə 92 uşağa, 2012-ci ildə 73 uşağa, 2011-ci ildə 71 uşağa, 2010-cu ildə 65 uşağa bədxassəli şiş diaqnozu qoyulub.

Əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları da artıb.

Belə ki, 2015-ci ildə əhalinin hər 100 000 nəfərinin 106,9 nəfərinə, 2016-cı ildə isə 112,1  nəfərinə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam