Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Əli Həsənovun nəvəsinin anket məlumatları açıqlanıb-HƏRBİ XİDMƏTDƏ OLMAYIB, HEÇ VAXT İŞLƏMƏYİB!

 

O, məhkəmə iclası keçirilən zala qolu qandallı gətirilib

 Prosesdə zərərçəkmiş Türkiyə vətəndaşları - Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişin məhkəməyə gəlmədiyi elan olunub.

Yenixeber.org: Daha sonra hadisə zamanı dünyasını dəyişən şəxslərin hüquqi varisləri Rauf Səmədov, Ramiz Əsədov, Adil Ocaqverdiyev və Ülviyyə Əliyevanın iclasda iştirak etdiyi açıqlanıb.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, N.Allahverdiyev 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. O bildirib ki, evlidir, ali təhsillidir, əvvəllər məhkumluq həyatı yaşamayıb, həbs olunana qədər işləməyib və hərbi xidmətdə olmayıb.

N.Allahverdiyevin vəkilləri iclasda heç bir vəsatət vermək istəmədiklərini söyləyib.

Məhkəmənin baxış iclası dekabrın 1-nə təyin edilib.

*** 10:52


 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda "Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən proses hazırda davam edir.

N.Allahverdiyev məhkəmə iclası keçirilən zala qolu qandallı gətirilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi  (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyevprospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

“Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”, - birgə rəsmi məlumatda bildirilib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam