Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ermənistan Azərbaycana tələb göndərdi:Siyasi həyasızlığın pik həddi

Ermənistan Azərbaycana tələb göndərdi:

 

Want create site? Find Free WordPress Themes and plugins.

“Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan İrəvanın Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün əleyhinə olmadığını, ancaq şərtləri olduğunu deyib. Birincisi, Azərbaycan Ermənistanın blokadasına son qoymalıdır. İkincisi, Azərbaycan Ermənistana qarşı düşmən münasibətdən əl çəkməlidir”.

Yenixeber.org: Bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq İrəvanın şərtlərinə sərt reaksiya göstərib.

“Şərtə bax ha! Sən hələ bir soruş ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyir, ya yox? Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi Birliyinin üzvləridirlər, buna baxmayaraq yola getmirlər, sərhədləri yarıişlək vəziyyətdədir. İrəvanın qulağına çatıb ki, Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyinə dəvət edir və bu məsələdə Ermənistanın mövqeyi nəzərə alınmayıb. Əslində Şavarş Köçəryanın “şərtləri” Bakıdan çox Moskvaya ünvanlanıb ki, “bizim rəyimizi niyə nəzərə almırsınız?”. Qul ağasına barmaq silkələyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda mətbuat konfransında “Azərbaycanın Avrasiya İqtisadi Birliyində üzvlüyünə ancaq şad olardıq” fikrini dilə gətirdi. Bu zaman Lavrov üzvlük üçün Azərbaycan qarşısında hansısa şərti söyləmədi. Şavarş Köçəryan və onun naziri iradını Lavrov bölgəni tərk etdikdən sonra bildirib. İşğal davam edə-edə hansısa amorf təşkilatda üzvlük naminə Azərbaycanın Ermənistanın blokadasına son qoyacağını və Ermənistana qarşı düşmən mövqeyindən əl çəkəcəyini İrəvan ancaq yuxusunda görə bilər”.(A24.Az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam