Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dünyanın borcu bəlli oldu

Dünyanın borcu bəlli oldu

 

 

Dövlət, korporativ, maliyyə sektoru və ev təsərrüfatlarını əhatə edən qlobal borc həcmi illik müqayisədə 11 trln. dollar və ya 5,1% artaraq 2017-ci ilin II rübünün sonuna 226 trln. dollara yüksəlib

 

Yenixeber.org: Borcların ÜDM-ə nisbəti isə ötən illə müqayisədə 1 faiz bəndi azalaraq 324%-ə düşüb.

Hesabatı hazırlayan ekspertlər borca xidmət göstərilməsi üzrə çətinlik çəkməyə başlayan şirkətlərin sayının artmasından narahat olduqlarını qeyd ediblər. Hətta hazırkı aşağı faiz səviyyəsində Braziliya, Hindistan, Türkiyə və Çin şirkətlərinin 15-25%-nin çətinliklə üzləşdiyi bildirilir. Həmçinin, Kanada, Almaniya, Fransa və ABŞ-da da borclarını ödəməkdə çətinlik çəkən şirkətlərin artdığı qeyd olunur. Ümumiyyətlə, 2017-ci ildə 1,1 trln. dollar borcun, 2018-ci ildə isə daha 1,7 trln. dollar borcun yenidən maliyyələşdirilməsi planlaşdırılır. Bu borcların 25%-nin ABŞ dollarında olduğu bildirilir.

İnkişaf etməkdə olan ölkələrin xarici valyutada borclarının isə 8,2 trln. dollar və ya məcmu borcun 15%-i qədər olduğu, Türkiyə, Macarıstan, Argentina, Polşa və Çilidə bu göstəricinin 40%-i ötdüyü qeyd edilir. Qısamüddətli perspektivdə Çin, Rusiya, Türkiyə və Hindistanın borc üzrə maksimal ödənişlər edəcəyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam