Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq

Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq

 

“Prezident İlham Əliyevin 15 iyul 2015-ci il tarixli “Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması” istiqamətində imzaladığı fərmana uyğun olaraq bu ili 9 ayı ərzində artıq bu bankın sağlamlaşdırılması tədbirləri yekun fazaya keçib”

 

Yenixeber.org: Bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib. 

Onun sözlərinə görə, bu il ərzində təxminən 4,3 mlrd. manat həcmində toksik aktiv bankın balansından çıxarılaraq “Aqrarkredit”ə ötürülüb: “Nəticədə Beynəlxalq Bankın sistem əhəmiyyətli bank olmağı və sektorda dominant payının aşağı salınması sektorun diversifikasiyası üçün palatanın qarşısında duran vəzifə və tələblərdən biri idi. Məlumat üçün deyim ki, bu proseslərdən sonra bankın sektordakı payı 41%-dən 27%-ə düşüb. Mütləq ifadədə bu təxminən 13 mlrd. manatdan 7 mlrd. manata qədər aşağı salınıb”.

İ. Alışov vurğulayıb ki, Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam