Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Mərkəzi Bankdan nikbin mesaj:"Məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq”

Mərkəzi Bankdan nikbin mesaj:

 

"Məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq”

 

Yenixeber.org: Bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, məzənnənin əlverişlilik səviyyəsi qurulmalıdır ki, ölkənin tədiyyə balansının yaxşılaşdırılma prosesləri indiki kimi davam etsin. "Milli iqtisadiyyatda yenidən balanslaşdırma proseslərini monetar siyasətlə aktiv dəstəkləmək üçün 2018-ci ildə də Mərkəzi Bank əsasən dayanıqlı artımın stimullaşdırılmasını və maliyyə sabitliyinin təmin olunması üçün ölkədə makroiqtisadi sabitliyin təmin olunmasını diqqətdə saxlayacaq. 2018-ci il üzrə proqnozlaşdırılan 6,1% səviyyəlik inflyasiyaya nail olmaq üçün hökumətlə koordinasiya olunmuş şəkildə siyasət yürüdüləcək. Bütün alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank inflyasiyaya azaldıcı təsir göstərən monetar siyasət yaratmağa çalışacaq. Bu mənada monetar şərait məcmu tələbin inflyasion artımını məhdudlaşdırmağa, eyni zamanda milli valyutada yığımları stimullaşdırmağa yönələcək”, – deyə A.Quliyev vurğulayıb/APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam