Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Həbsdəki azərbaycanlı milyonçuya həyat yoldaşından zərbə

Həbsdəki azərbaycanlı milyonçuya həyat yoldaşından zərbə

 

Müğənni ərindən boşanmağa qərar verib

 

Yenixeber.org: ABŞ-da həbsdə olan azərbaycanlı milyonçuya daha bir zərbə. Bu dəfə ona zərbəni vuran Türkiyənin ən məşhur müğənnilərindən biri, həyat yoldaşı Ebru Gündəş olub. İstiPress-in məlumatına görə, E.Gündəş dekabrın 4-də məhkləməsi olacaq iş adamından boşanmağa qərar verib. 

Xatırladaq ki, cütlüyün Alara adlı 5 yaşlı qızları var. R.Zərrab iki il öncə ailəsi ilə ABŞ-a səyahət edərkən həbs edilmişdi. O zaman onun yanında olan E.Gündəş qızı ilə hava limanından bir başa geri - Türkiyəyə qayıdıb. 

Həbs xəbərindən sonra müğənni uzun müddət efirlərə çıxmayıb, tədbirlərə qatılmayıb. Bir neçə ay öncə də cütlüyün boşanması barədə məlumatlar yayılmışdı. Lakin sonradan ifaçı bu qərarından daşınmışdı. 

R.Zərrab Türkiyədə yaşadığı və evli olduğu müddətdə həyat yoldaşına etdiyi bahalı hədiyyələrlə gündəmə gəlib. O, özündən böyük, məşhur müğənni üçün bahalı malikanə, yarış atı, hətta təyyarə belə alıb. 

Xatırladaq ki, əslən Cənubi Azərbaycandan olan R.Zərrab iki il öncə çirkli pulların yuyulması, İrana qarşı sanksiyaları pozmaq, bank sənədlərini saxtalaşdırmaq ittihamları ilə istirahət üçün getdiyi ABŞ-da həbs edilmişdi. Bir necə gün öncə onun azad edildiyi barədə xəbərlər yayılsa da, ABŞ tərəfi bunu təkzib edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam