Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İstanbulda mindən artıq azərbaycanlıheç vaxt məktəb üzü görməyib, sənədsiz yaşayır

İstanbulda mindən artıq azərbaycanlı heç vaxt məktəb üzü görməyib, sənədsiz yaşayır
Want create site? Find Free WordPress Themes and plugins.

Təkcə İstanbulda mindən artıq azərbaycanlı var ki, heç vaxt məktəb üzü görməyib. Onlar valideynləri ilə birgə Türkiyəyə köçüb, təhsildən kənar qalanlardır.

Yenixeber.org: Bu barədə İstanbulda yaşayan publisist Aygün Hasanoğlu yazıb.

O öz yaşam şərtlərini yoluna qoyaraq, övladlarını, onların təhsillərini diqqətdən kənarda qoyan valideynləri sərt tənqid edib.

“1990-cı ildən başlayaraq İstanbula gələn və burada məskunlaşan xeyli azərbaycanlı ailə var. Hər kəsin öz səbəbi var. Amma bu ailələr içərisində qəzəbləndiyim bir çox valideynlər var ki, onlar övladlarını, onların gələcəyini unudanlardır. Özləri yeni həyata başlayarkən, uşaqlarını həyatdan qoparıb, uçuruma atıblar. Təkcə İstanbulda mindən artıq uşaq heç vaxt məktəb üzü görməyib. Məktəbsiz, sənədsiz böyüyüblər, evləniblər. İndi də öz uşaqları eyni taleyi yaşayır. Azərbaycanda ən azı 10 il təhsil alan valideynin ağlı hardadır ki, uşağı məktəbsiz buraxıb? Türkiyədə 20 erməni məktəb və liseyi var. Onların heç birini Ermənistan və Türkiyə qurmayıb. Erməni diasporu və dərnəkləri qurub. İndi papağımızı qabağımıza qoyub düşünək: Bizim düşmənimiz kimdir? Gör hələ görüləcək nə qədər iş var. Bu məsələnin üstünə sonunadək gedəcəm. Azərbaycanın adına layiq bir məktəb qurulanadək, dayanmayacam. Biz nəhayət ki, dərnək olaraq çox çalışdıq və məsələnin Türkiyə Böyük Millət Məclisinə çıxırılması üçün lazımi addım atdıq. Azərbaycanlıları, mətbuatı bu işdə bizə dəstək olmağa çağırıram”.(a24)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam