Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakı meriyasının binası qarşısında kanalizasiya daşdı– VİDEO

Bakı meriyasının binası qarşısında kanalizasiya daşdı

 

Səbail rayonu, İstiqlaliyyət küçəsi 4-də, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında kanalizasiya quyusu daşıb, çirkab su yola axır

 

Yenixeber.org: Kanalizasiyanın daşması nəticəsində yolda gölməçələr yaranıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da işə gələrkən həmin küçədən istifadə edir. Lakin artıq 1 saata yaxındır ki, tədbir görülmür.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, yağış yağan kimi kanalizasiya xətti daşır. “Şəhərin tən ortasında – merin istifadə etdiyi yolda kanalizasiya xətti sıradan çıxıb. Amma heç kim kanalizasiya xətlərinin daşması ilə maraqlanmır. Küçəboyu yağış barmaqlıqları qoyulub. Amma qanovların vaxtlı-vaxtında təmizləməməsi problem yaradır”, - sakinlər söyləyiblər.

Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət bildirmək istəməyiblər. Meriyanın adını söyləmək istəməyən əməkdaşı iddia edib ki, kanalizasiyanın daşmasında küçələri süpürənlər günahkardırlar. Çünki süpürgəçilər küçədəki zibili süpürüb barmaqlıqlara, kanalizasiya xəttinin üstünə tökürlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam