Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

Sumqayıtda qatil həbs edildi

Sumqayıtda qatil həbs edildi

 

Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində törədilmiş ağır cinayətin üstü açılıb və onu törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib

 

Yenixeber.org: Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, bu il noyabrın 9-da Həsənova Nuridə Bəhram qızının üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan meyitinin yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 78A-da aşkar olunması barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Sumqayıt şəhər sakini Nəsibli Firuz Şadət oğlu tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində törədilməsində əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr