Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

“Azərbaycan bayrağı” adlı intellektual oyunlar festivalı keçirilib...Praqada

“Azərbaycan bayrağı” adlı intellektual oyunlar festivalı keçirilib...

 

Çexiyanın paytaxtı Praqa şəhərində “Atəşgah” İntelektual Oyunlar Klubu,  Azərbaycan İntellektual Oyunlar Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Avropa İntellektual Klublar Birliyinin iştirakı ilə “Azərbaycan bayrağı” adlı intellektual oyunlar festivalı keçirilib

 

Yenixeber.org: Təşkilat komitəsinin sədri İlkin Yetirmişli və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun böyük məsləhətçisi Səid Mahmudov Bayraq gününə həsr olunmuş Beynəlxalq festivalın əhəmiyyətini vurğulayıblar. Tədbir iştirakçıları Azərbaycanın müstəqillik qazandıqdan sonra keçdiyi uğurlu yoldan və suverenliyin əsas atributlarından biri olan bayrağın təsdiqlənməsi prosesindən söz açıblar.

Yarışda 10 ölkədən 20 komanda iştirak edib. Festival çərçivəsində “Nə? Harada? Nə Zaman?”, “Breyn-Rinq” və əyləncəli oyun olan “QuAz” turnirləri keçirilib.

Festivalın aparıcısı Avropa İntellektual Klublar Birliyinin prezidenti Konstantin Çekuşin olub.

İki gün davam edən festivalın yekunlarına əsasən “Nə? Harada? Nə Zaman?” turnirində birinci yeri Ukraynanın “Nömrə 6” komandası tutub. İkinci yerin sahibi Almaniyanın “Epitraxil”, üçüncü yerdə Latviyanın "Non-Sense" komandası qərarlaşıb.

“Breyn-Rinq” turnirinin qalibi Almaniyanın “Jmurki” komandası olub. “Epitraxil” və “Nömrə 6” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Qaliblər medal, kubok və diplomlarla təltif olunublar. Oyunçulara Azərbaycandan aparılmış suvenirlər hədiyyə edilib.

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr