Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

Bakının "sönmüş yolları":Hər an qəza ola bilər – VİDEO

Bakının "sönmüş yolları":

 

Sosial şəbəkələrdə aeroport şosesində səhərə yaxın qaranlıq vaxtlarda küçə işıqlarının yandırılmaması səbəbindən sürücülərə yaradılan problemlə bağlı video yayımlanıb. Videonu çəkən şəxs bildirir ki, yolların qaranlıq olması qəzaların baş verməsinə səbəb olur

 

Yenixeber.org: Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Heydər Əliyev prospekti və Bakının əksər əhəmiyyətli küçələri “Azərbaycan Avtomobil Yolları Agentliyi”nin balansındadır: “Amma küçələrin işıqlandırılması ilə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamenti məşğul olur. 

Maliyyə və texniki məsələlər elə həll olunmalıdır ki, bütün küçələrdə işıq olsun. Nazirlər Kabinetinin 2001-ci il tarixli 16 saylı qərarına görə qaranlıqda hətta kənd küçələri də işıqlandırılmalıdır. Bu, ilk növbədə təhlükəsizlik üçün lazımdır.

Bir neçə gün öncə də küçəni təmizləyən qadını da avtomaşın vurmuşdu. Bunun səbəbi də küçənin işıqlandırılmamasıdır. Səhər saatlarında insanların işə getməsi və digər səbəblərdən piyadaların hərəkəti də intensivləşir. Küçələr işıqlandırılmadıqda qarşılıqlı hərəkət edən avtomobillərin faraları sürücülərə maneə olur, onlar heç nə görmürlər. Nəticədə də qəzalar baş verir. Bunun məsuliyyəti də yolların işıqlandırılmasına görə cavabdeh olan qurumların üzərindədir. Amma həm yol polisi, həm də Avtomobil Yolları Agentliyi də bunu tələb etməlidir”. 

Ə.Hüseynov qeyd edib ki, sürücülər də yol qaranlıqdır deyə uzaq işıqlarla maşın sürməli deyillər:

“Şəraitə uyğun hərəkət etmək lazımdır. Ola bilsin asta sürətlə getməli olacaq, ola bilsin getdiyi yerə gecikəcək, amma başqa variant yoxdur. Bir halda ki, rəsmi qurumlar buna fikir vermir, heç olmasa sürücü diqqətli olmalıdır. Qəza olarsa, bunun bütün çətinliyini sürücü özü çəkəcək”.

Meriyanın tabeliyində olan Bakı şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinin baş mühəndisi Məhərrəm Babayev isə bildirib ki, həmin prospektə işıqlar gecə saat 01:00-da ekonom rejimə keçirilir, hər 2 işıqdan biri söndürülür. Bütün işıqlar heç vaxt söndürülmür. işıqlar səhər saat 05:45-də yandırılır, 06:15-də isə söndürülür. O bildirib ki, noyabrın 20-dən sonra işıqların yanma müddəti uzadılacaq: “Həftənin birinci günündən işıqlar səhər saat 05:30-da yanacaq, 06:30-da söndürüləcək. Bundan başqa, Aeroport yolunda fotoelement işıqlar isə havanın qaralıb işıqlanmasına görə avtomatik yanıb-sönür”.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr