Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

Bərdə İcra hakimiyyətində RÜSVAYÇILIQ -Şəhidin sənədləri YOXA ÇIXIB

 

 

Bərdə RİH-dən cavab:  1996-cı ilə dair sənədlərin qeydiyyatı  kitabı yoxdur.
Yenixeber.org: Noyabrın 14-də Gəncə İnzibati -İqtisadi Məhkəməsində Bərdə rayonu Mustafaağalı kəndində yaşayan şəhid anası Əsli Muradovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMF Bərdə rayon şöbəsinə qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə iclası keçirilib.
Proqnozlaşdırıldığı kimi Bərdə rayon İcra Hakimiyyətinə məhkəmə tərəfindən göndərilən sorğuya müsbət cavab verilməyib. Telefon danışığı vasitəsilə məhkəməyə bildirilib ki, onlarda 1996-cı ilin qeydiyyat kitabı yoxdur. Hakim bu məzmunda məktub göndərildiyini, lakin hələ məhkəməyə daxil olmadığını bildirib.
 Şəhid Muradov Mübariz Heydər oğlu
İddiaçı tərəfin səlahiyyətli nümayəndəsi Xaqani Məmməd hakim Svetlana İsmayılovanın bundan sonra məhkəmə sədrliyinə yazılı etiraz təqdim edib. O buna görə hakimi cavabdeh tərəfin maraqlarını müdafiə etməkdə günahlandırıb. Etirazını hakimin iddia predmetindən kənara çıxmağı, tez-tez fasilələr yaratmaqla məhkəmə vaxtını aylarla uzatmağı, məhkəməyə göstərilən təzyiqin altında qərar qəbul etməyə meylli olmağı ilə əsaslandırıb. Xəqani Məmməd bildirib ki, hakim Svetlana İsmayılova Əsli Muradovaya 1996-cı ildə oğlunun həlak olmağından sonra Bərdə rayon İcra Hakimiyyəti tərəfindən verilən "şəhid ailəsinin vəsiqəsi"nin hüquqi əsaslarını aydınlaşdırmaq məqsədilə Bərdə RİH-nə sorğu göndərmək barədə qaldırdığımız vəsatəti təmin etmək üçün adı çəkilən qurumdan lazımi sənədləri tələb etmək əvəzinə, iddia tələbinə dəxli olmayan dövlət təşkilatlarından sənədlər toplayıb. Bunda da məqsəd əsas məsələnin mahiyyətini ört - basdır etməklə Bərdə RİH-nin vermək istəmədiyi sənədlərdən diqqəti yayındırmaq olub. Bununla da lazım olmayan sözlər danışıb, baş qatmaq, cəfəngiyyat üzərində iclaslar qurmaq, sonda da qərar qəbul edəndə, demək ki, şəhid ailəsinin işinə diqqət ayırdıq, hərtərəfli, uzun araşdırmalardan sonra müəyyən etdik ki, iddia əsassızdır.
Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasova təqdim olunan etiraz ərizəsi bir saatdan sonra geri qaytarılıb və təmin edilməyib. Bundan sonra hakim Svetlana xanım İsmayılova məhkəmə iclasına sədrliyi davam etdirib. Hakim iclas zalına qayıdarkən  Bərdə RİH-nin başçısı cənab Vidadi İsayevin də məktubunun elə bu saatda məhkəməyə yetişdiyini bildirib. Bərdə RİH-dən daxil olan məktubda 1996-cı ilə aid qeydiyyat kitablarının olmadığı qeyd edilib. Həmin qeydiyyat  kitabların taleyinə isə ümumiyyətlə aydınlıq gətirilməyib.
 
Xaqani Məmməd məhkəmdə Bərdə RİH-də olmayan qeydiyyat kitablarının hara təhvil verilməsi və Əsli Muradovaya pensiya təyin etmək üçün əsas verən sənədlərin məhkəməyə təqdim edilməsi barədə vəsatətlər qaldırıb. Hakim 1-ci vəsatəti təmin etməyərək bu barədə İcra Başçısının məktubunda qeydiyyat kitablarının olmadığı barədə cavab olduğunu bildirib. Xaqani Məmməd bunun tam cavab olmadığını, məhv edilən kitablar siyahısında həmin sənədlərin adı olmadığından, Bərdə RİH  qeydiyyat kitablarının hara təhvil verdiyini göstərməli olduğunu deyib. İddia predmeti üzrə vəsatətin təmin edilməsinin  vacib olduğu hakimin nəzərinə çatdırılsa da müsbət qərar qəbul edilməyib. Hakim vəsatətləri qismən təmin edərək pensiya təyin etmək üçün əsas verən sənədlərin məhkəməyə təqdim edilməsini vacib hesab edib.
Məhkəmə iclası dekabrın 5-də davam edəcək.(miq.)

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr