Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

HAKİMİYYƏT UĞRUNDA İKİ QRUPUN SAVAŞI…

Müstəqil Zimbabvenin ilk və yeganə rəhbəri, zəncilərin haqları uğrunda mübarizə aparan lider, "ağların qatili", "qaradərili irqçi" kimi ad çıxaran Robert Muqabe noyabrın 14-də hərbçilər tərəfindən devirildi. Ölkəni 37 ildir idarə edən 93 yaşlı Muqabe özündən sonra hakimiyyəti xanımı Qreysə ötürmək istəyirdi. Lakin ordudakı və müxalifətdəki opponentləri onunla razılaşmırdılar.

 

Yenixeber.org: «Allah Muqabenin ömrünə son verəndə, biz onun cansız bədənini seçkidə namizəd kimi göstərəcəyik. Və siz görəcəksiz ki, insanlar cəsədə necə səs verirlər". Bunu Qreys Muqabe bu ilin fevralında – hakim ZANU-PF partiyasının mitinqində demişdi. 

Qreys sözdə həmişə ərinə sadiq görünürdü. Lakin çıxışlarında onun prezidentliklə bağlı ambisiyaları ildən-ilə daha qabarıq nəzərə çarpırdı. 

"Deyirlər ki, mən prezident olmaq istəyirəm. Niyə də yox? Məgər mən zimbabveli deyiləm?", – deyə Qreys bildirmişdi.

 

Birinci lediliyə aparan yol…

 

Qreys Marufu 1965-ci ildə Cənubi Afrikada anadan olub. O, ailənin dördüncü uşağı idi. 5 yaşında Qreysi anasının yaşadığı ölkəyə (sonradan Zimbabve adlanan) göndərirlər. Atası isə Cənubi Afrikada qalıb işləməyə davam edir.

Muqabe Qreysin ikinci əridir. Birinci dəfə o, Zimbabve Hərbi Hava Qüvələrinin pilotu ilə ailə qurur və ondan bir oğlu dünyaya gəlir. 

Kollecdə təhsilini başa vurandan sonra Qreys Prezident Administrasiyasında işədüzəlir. Elə Muqabeylə də orada tanış olur. Prezident özündən yaşca çox kiçik olan Qreysə diqqət göstərməyə başlayır. Onu çaya qonaq edir, uzun-uzadı söhbətləşir. 

«Ailəmlə maraqlanırdı. Düşünməzdim ki, mənə başqa niyyətlə baxır. Belə şeyi qətiyyən gözləmirdim", – deyə Qreys həmin anları belə xatırlayırdı.

Həmin vaxt Qreysin oğlu, Muqabenin də ailəsi və övladı vardı. Muqabe ölkədə kifayət qədər məşhurlaşmış bir xanımla – Qanadan olan Salli adlı qadınla evli idi. 

Həmin ərəfədə Salli sağalmaz xəstəlikdən əziyyət çəkirdi. Muqabenin dediyinə görə, Qreyslə münasibətlərinə xanımı da razılıq vermişdi. Cütlük arasında münasibətlər daha da isinəndən sonra Qreys ərindən boşanır. Rəsmi olaraq birinci ledi statusunu isə 4 il sonra – 1996-cı ildə Salli dünyasını dəyişəndə alır. Mətbuat bu izdivacı "əsrin toyu" kimi qiymətləndirir.

Robertlə Qreysin 3 övladı dünyaya gəlir.

 

Qaradərili "Qreys Quççi"…

 

İlk vaxtlar Qreys əsasən xeyriyyəçiliklə məşğul olurdu. Bir müddət sonra isə ailənin mülkiyyətinin idarəetməsi de-fakto onun əlinə keçir. Ailə nəhəng kənd təsərrüfatı müəssisələri, fermalara sahib idi.

Qreysin dəbdəbəli həyat tərzi mətbuatın da diqqətini çəkmişdi. Parisə səfərlərinin birində o, mağaza alış-verişinə 120 min dollar xərcləmişdi. Var-dövlətə olan meylinə görə onu "Qreys Quççi" də adlandırırdılar.

Qreys hegemon davranışları da dillərə dastan olmuşdu. Məsələn, 2009-cu ilə Honkonqda olarkən o, mühafizəçi ilə birgə Britaniyanın "The Times" qəzetinin əməkdaşına hücum etmiş, brilyant qaşlı üzüyü ilə jurnalistin üzünə cırmaq atmışdı. Lakin sonradan diplomatik immunitetinə əsaslanaraq cəzadan qurtulmuşdu.

2017-ci ilə Qreys Cənubi Afrikada otellərin birində istirahət edən oğlanlarının yanına gedir. Və orada oğlanlarının dəvəti ilə otelə gələn 20 yaşlı model Qabriella Engelsi görüb elektrik naqili ilə onun başına vurmuş, gənc qızın modellik karyerasını məhv etmişdi. Həmin vaxt ona ittiham irəli sürmək istəsələr də, Qreys yenə dədiplomatik immunitetinə sığınaraq məsuliyyətdən yayına bilmişdi.

Lakin bununla belə, Qreys öz imicinin üzərində işləyirdi. O, yerli universitetlərin birində doktorluq dərəcəsi almışdı. Siyasi mitinqlərə qatılaraq ərinin tənqidçiləri və rəqiblərinə meydan oxuyurdu. Ərinin ölü bədənini belə, namizəd irəli sürəcəkləri və ya özünün hakimiyyət başına gələcəyi barədə bəyanatları isə kuliminasiya nöqtəsiolmuşdu.

 

G40 qruplaşması və Mnanqaqva…

 

Emmerson Mnanqaqva

 

Robert Muqabe qocalıb əldən düşdükcə hakimiyyət uğrunda mübarizə bir az da qızışırdı. Qreys ətrafına gənc, loyal nazirləri toplamışdı. Bu nazirlər G40 (40 yaşa qədər olan nazirlər) qruplaşması kimi tanınırdı. 

Birinci ledi nüfuz dairəsinə təhlükə hesab etdiyi dostları ilə belə, amansızca hesablaşırdı. Zimbabvedə hakimiyyət və nüfuz uğrunda iki qruplaşmanın mübarizəsi gedirdi. Onlardan birinə 52 yaşlı Qreys Muqabe rəhbərlik edirdi. 

Muqabe və onu dəstəkləyən gənc nazirlərə qarşı çıxan əsas qüvvə isə vitse-prezident, "Timsah" ləqəbli Emmerson Mnanqaqva və onun rəhbəri olduğu"Lakost komandası" idi.

Ağır taleli Mnanqaqva gənclik illərində küçə dəstəsi olan "Timsah"ın üzvü olub və bu ləqəbi  də həmin vaxt alıb. Cənubi Rodeziyada (sonradan Zimbabve olan) partizan müharibəsi başlayanda o, ağdərili fermeri öldürdüyü üçün həbs olunub. Lakin tezliklə azadlığa çıxaraq Muqabeyə qoşulub. 

Mnanqaqvanı azadlıq hərəkatının keçmiş döyüşçüləri dəstəkləyirdi. Bu veteranlar da hazırda Zimbabvedə ciddi qüvvə hesab olunurlar.

Muqabe xanımını varis etmək üçün Mnanqaqvanı vitse-prezidentlikdən uzaqlaşdırdı. Noyabrın əvvəllərində Muqabe hərbçilər arasında dəstəyə malik olan vitse-prezident Mnanqaqvanı dövlət çevrilişinə cəhddə ittiham edərək, vəzifədən kənarlaşdırdı.

Mnanqaqva müstəqil Zimbabvenin ilk hökumətinin heyətində dövlət təhlükəsizliyi naziri postunu tutub, 2014-cü ildə isə vitse-prezident vəzifəsinə təyin olunub.

Ordu ölkədə ən böyük oyunçulardan biri olsa da, uzun müddət nümayişkaranə şəkildə neytrallığını qoruyurdu. Lakin Baş Qərargah rəisi Konstantin Çivenqa bir müddət əvvəl çıxışı zamanı mesaj vermişdi ki, hakimiyyətə ölkənin azadlığı uğrunda savaşmayan birinin gəlməsinə imkan verməyəcəklər.

Hakim partiya Konstantin Çivenqanı xəyanətdə və qiyama çağırışda ittiham edəndən sonra ordu hərəkətə keçdi. Ölkənin paytaxtı Harare şəhərində hökumət, parlament və məhkəmə binalarına gedən yolları bağlayıb, şəhərin mərkəzinə zirehli texnika yeritdi. Eyni zamanda, əsas obyektləri, həmçinin dövlət teleradio korporasiyasının binasını ələ keçirdi.

Hərbçilər dövlət çevrilişi etmədiklərini iddia edirlər. Çivenqa tələb edir ki, Muqabe ordu əleyhinə məntiqsiz çıxışlarını dayandırmalı, ətrafındakı şərə xidmət edən, ölkədə sosial-iqtisadi problemlər yaradan cinayətkarlardan qurtulmalı, hakim partiyanın bütün üzvlərinin növbədənkənar qurultayda iştirakına şərait yaratmalıdır. 

Ordu eyni zamanda, Muqabenin ətrafındakı həmin qüvvələrin məsuliyyətə cəlb olunmasını tələb edib. Və tələblərinin yerinə yetirələcəyi təqdirdə Muqabe və ailəsnin təhlükəsizliyinə təminat verdiklərini bəyan edib. 

Yuksək rütbəli hərbçilər bildiriblər ki, öz missiyalarını başa vurandan sonra ölkədə hər şey normal məcraya qayıdacaq.  

Lakin buna baxmayaraq, Zimbabvedə qiyamın baş verdiyi ortadadır. Küçələrdə zirehli texnika qalmaqdadır, prezident Muqabe ev dustaqlığındadır, xanımı Qreysin isə Namibiyaya qaçdığı deyilir. 

Göründüyü kimi, Çivenqra dediyini etdi və Qreysin ətrafında cəmləşən qruplaşmanın – G40-ın hakimiyyətə gəlməyinə imkan vermədi. Bunun əvəzində isə "Timsah" Mnanqaqvanın hakimiyyətə yolunu təmizlədi.

Bu arada, Mnanqaqva hökumətə başçılıq etmək üçün noyabrın 15-də ölkənin paytaxtı Harare şəhərinə qayıdıb. Digər dövlət çevrilişlərindən fərqli olaraq, Zimbabvedə baş verənlər hələ ki dinc xarakter daşıyır. Amma "Timsah"ın prezident sarayına girmək üçün qanlı toqquşmalara gedəcəyi də istisna olunmur… *strateq)


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr