Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

Abutalıbov üçün istefa hazırlığı:özü yox, səlahiyyətləri iflic olub

BŞİH rəhbərinin səhhəti haqda xəbərlərin pərdəarxası; İddia olunur ki, Hacıbala Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarın onunla yollarını ayıracağına işarə ola bilər; Yeni ilin ilk - yanvar müşavirəsinədək təkcə icra başçıları deyil, hətta bir neçə nazir və komitə sədrinin də dəyişdiriləcəyi gözlənilir...

Yenixeber.org: Son günlər Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) başçısı Hacıbala Abutalıbovun  tezliklə istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yenidən intensivləşib. Gələn ilin yanvarında  icra başçısı təyinatının 18 ili tamam olacaq Abutalıbovun səhhətinin pisləşməsi, iflic olduğu üçün gecə ilə Almaniyaya aparılması haqda xəbərlər də bu baxımdan diqqət çəkir.

BŞİH-dən Bakı merinin beyin insultu keçirməsi ilə bağlı yayılan məlumatlara dərhal münasibət bildirərkən deyiblər ki, Abutalıbov işə çıxır və səhhəti də yaxşıdır. Sonra Abutalıbov özü də açıqlama vermək məcburiyyətində qalıb: “Mən hazırda iş başındayam. Bu dəqiqələrdə müdriklikdən müqəddəslik zirvəsinə qədər ucalmış Heydər Əliyevlə görüşüb gəlirəm. Mən nəinki şeytanı mələyə çevirmək istəyənlərə, özlərilə bacaran və talelərilə razılaşan insanlara, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm”.(modern.az)

Məlumatların kimlər tərəfindən yayılmasına gəlincə, H.Abutalıbov  konkret fikir bildirməyib: “Kimliyindən asılı olmayaraq, gəlin, hamımız bir yerdə bizə alın yazısı kimi verilmiş tale ilə razılaşıb, xoşbəxt olmağı bacaraq”.

Image result for BŞİH

73 yaşlı BŞİH rəhbərinin səhhətində ciddi problemlər olması barədə xəbərdə bəlkə də qeyri-adi heç nə yoxdur, o səbəbdən ki, o da xəstələnə bilər. Amma bu “iflic” xəbərinin yaxın vaxtlarda iqtidarda ciddi kadr dəyişikliklərinin gözləndiyi vaxta təsadüf etməsi diqqəti yenidən Abutalıbovun gizəmli personasına yönəldir. 

Sirr deyil ki, bir neçə ildir ki, Abutalıbovunun da vəzifə ilə vidalaşmış Ziya Məmmədov kimi səlahiyyətlərinin “iflici” prosesi  gedir. Ən son olaraq Dövlət Reklam Agentliyinin yaradılması və BŞİH-nin milyonların dövr etdiyi reklam bazarından çıxarılması buna sübut ola bilər. Məlumdur ki, Abutalıbov reklam biznesini itirənədək də bir çox ciddi gəlir qaynaqlarından faktiki, məhrum edilmişdi. Abutalıbovun səlahiyyətləri  “budandıqca” onun  hakimiyyətin rəsmi media orqanlarında  tənqid edilməsi faktları artıb. H.Abutalıbovun bu qədər tənqidlərə  rəğmən vəzifədə qalması, iddialara görə, onun yerinə uyğun namizədin hələ ki olmamasıdır. 2001-ci ildən paytaxt təsərrüfatına rəhbərlik edən H.Abutalıbovdan narazılıq təbii ki, çoxdur. Bu, narazılıq təkcə Bakı sakinlərinin davranışlarında deyil, hakimiyyətin ən yüksək eşelonunda da nəzərə çarpmaqdadır. Abutalıbov özü də bu durumdan məmnun deyil, indi o, aylarla gözə dəymir, yalnız ara-sıra dövlət tədbirlərində  görünür. Reklamı və publikanı sevən Abutalıbova indi bunun üçün şərait də yoxdur...   

Image result for Hacıbala Abutalıbov 

BŞİH postu, məlum, siyasi hakimiyyət üçün mühüm əhəmiyyət kəsb edir, baxmayaraq ki, əsasən təsərrüfat işləri ilə məşğuldur. Bakı meri olmaq istəyənlər çoxdur və bu posta indiyədək onlarla məmurun adı hallanıb.  İddia olunur ki, Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarının  onunla yollarını ayıracağına işarədir. Mümkündür ki, Abutalıbovun  işdən uzaqlaşdırılmasını tezləşdirmək istəyənlər, onun postuna  can atanlar da bu xəbərin yayılmasında maraqlı olsunlar.  Ancaq reallıq budur ki, Abutalıbov  artıq Bakını əvvəlki kimi  idarəetmə gücündə deyil və onun təqaüdə göndərəcəklər.

Qeyd edək ki, iddialara görə, ilin sonunda  həm Bakının və bir neçə rayonun, eləcə də əyalət icra başçılarının bəzilərinin dəyişdirəcək. Prezident Administrasiyasında aparılan islahatlar, Nazirlər Kabinetində bir neçə şöbənin ixtisar olunması, bəzi şöbə müdirlərinin yaş həddinə görə işdən çıxarılmasından sonra sıra yerli icra hakimiyyətlərinə çatıb.  Məlumatlara görə, Yeni ilin ilk yanvar müşavirəsinədək  təkcə icra başçıları deyil, hətta bir neçə nazir və komitə sədri də dəyişdiriləcək. 

Sonda. Bir neçə il əvvəl Abutalıbov mediaya açıqlamasında ölümdən qorxmadığını deyərək, əsas qorxusunun  futbol üzrə dünya çempionatına baxa  bilməyəcəyinin olduğunu demişdi. Hadisələrin gedişi göstərir ki, Abutalıbov yaxınlaşmaqda olan dünya çempionatına rahat baxmağa hazırlaşa bilər. (müsavat)


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr