Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Kapitalbank”ın sabiq filial müdiri:"18 yaşlı oğlumdan pulu aıb, Mövlan Şıxəliyevin otağına apardılar"

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib

 

Yenixeber.org: Prosesdə "Kapital Bank"ın "Tərəqqi" filialının sabiq müdiri Hüseyn Səfərovbildirib ki, bu hadisəyə görə, özünün və uşaqlarının evləri bank tərəfindən müsadirə olunub:

"Mən bu işlə bağlı Mövlan Şıxəliyevdən (keçmiş MTN-in baş İstintaq İdarəsinin sabiq rəisi) Baş Prokurorluğa şikayət etmişəm. Hazırda evim yoxdur, JEK müdirinin evində qeydiyyatdayam. Mənim mülki iddiam təmin edilsin, onun cəzası ilə bağlı şikayətim yoxdur, məhkəmənin mülahizəsinə buraxıram. Məni MTN-də saxlayanda 18 yaşlı oğlumdan pulu alıb, Vüsal Ələkbərovun otağına gətirdilər. Vüsal Ələkbərov isə həmin pulu Mövlan Şıxəliyevin otağına apardı. Mənim işim Mövlan Şıxəliyevlədir".

Prosesdə digər zərərçəkmiş "Texnikabank"ın Sumqayıt filialının sabiq müdiri olmuş Müssənif Salahov da dindirilib. O, məhkəmədə mülki iddiasının təmin edilməsini tələb edib və vəsatət qaldırdığını deyib. Zərərçəkmiş vəsatətində məhkəmənin qismən keçirilməsini istəyib.

V.Ələkbərov və onun vəkilləri də vəsatətin təmin edilməsini istəyib, ancaq vəsatət təmin edilməyib.

 

Məhkəmənin növbəti iclası noyabrın 30-na təyin edilib/Report.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam