Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

Gəncədəki 2 milyonluq yeyinti və Elxan Məmmədov– TƏHLİL

 

Ötən yazılarımızdan birində AFFA-nın baş katibi Elxan Məmmədovun Gəncə macəralarına ötəri də olsa toxunmuşduq. Amma yeridir ki, illərdir federasiyanın və dolayısıyla xalqın pullarını havaya sovurmaqla, heç kimə lazım olmayan əcnəbi mütəxəssisləri futbolumuza sırımaqla məşğul olan Məmmədovun digər bacarıqları barədə yazılsın

 


Yenixeber.org: Şərti olaraq “Gəncə olayları” adlandırdığımız məsələdə yeyintinin həcmi biz düşündüyümüzdən daha böyükdür. Artıq ödənən maaşlar, adı olub özü olmayan şəxslərə ödənən pullar, məşq adı altında silinən məbləğlər və sair isbat olunmuş faktlardı və bu barədə mətbuatda da yetərincə yazılıb.

“Kəpəz”in baş məşqçisi Şahin Diniyevə 7 min yox, 10500 ödənildiyi və həmin məbləğdən kimlərinsə futbolçuların diliylə desək, öz “otkat”ını götürməsi faktı da ortadadır. Bunu dolayısıyla həm Diniyev, həm də “Kəpəz”in baş mühasibi təsdiqləyib. Mühasib xanım isə bunu birbaşa Elxan Məmmədovun göstərişiylə etdiyini deyir. Təbii ki, Mikayıl Nərimanoğlunun əli ilə.

Hələ 9 nəfər adamın adına ödənib mənimsənən böyük məbləğlərdən danışmırıq. Yeməyə, yol xərcinə və stadionlara ayrılan məbləğlər isə ruslar demişkən, “obnaliçka” üçün nəzərdə tutulub. Çünki “Kəpəz”in çəşq etdiyi “Dalğa” arena AFFA-ya məxsusdur. İndiki hesablamalara görə yeyintinin məbləği ümumilikdə iki milyon manatdan çoxdur. Bu təkcə “Kəpəz”dəki yeyintilərdir. Hələ bunun “Neftçi”si, “Sumqayıt”ı, “İnter”i (indiki adı “Keşlə”) var. Tənlik həllinə bənzəsə də, “Kəpəz”dəki yeyintinin məbləğini bilməklə, ümumi yeyintinin məbləğini özününüz rahatlıqla tapa bilərsiniz.
Sadəcə, “Kəpəz”də baş verənlərin üstünün açılması birbaşa PFL rəhbəri Ramin Musayevin zəhmətidir. Və buna görə ona təşəkkür düşür. Əslində, Musayev bu faktı bəlkə də futbolumuzun halına acıdığına görə yox, rəqibinə cavab vermək üçün edib. Çünki Məmmədov nə zaman Musayevə qarşı kampaniyaya başlayırsa, Musayev əlindəki idman saytlarının imkanlarını səfərbər edərək, əks-hücuma keçir. Budəfəki əks-hücum da insafən yetərincə uğurlu alınmışdı. Musayevi Məmmədovla düşmən edən başqa bir məqam isə baş katibin PFL-in ləğvinə çalışmasıdır. Şübhəsizdir ki, PFL prezidenti öz taxt-tacını “döyüşsüz” təhvil vermək niyyətində deyil. Əgər PFL ləğv olunarsa, bəs Musayevin qohum-əqrəbası harada işləyəcək? Azərbaycan pasportu olmayanlar necə inspektor və nümayəndə kimi oyunlara təyinat ala biləcəklər?

 

Yeri gəlmişkən, yaxın zamanlarda milli komandalardakı maliyyə fırıldaqları və yeyintilər barədə də geniş yazımız olacaq. İllər ərzində hansı məbləğlərin yeyildiyini, hansı məbləğlərin xaricə daşındığını həmin yazıdan öyrənəcəksiniz. (realmedia)


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr