Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İradə Gülməmmədovanın Abşeron krallığı:pediatr nədən və necə qazanır?

 

 

 

 

Yenixeber.org: Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı Zakir Fərəcov Sumqayıta təyinat aldıqdan sonra rayon sakinlərinin bildirdiyinə görə, vəziyyət xeyli pisləşib. Rayon ərazisində tikinti işləri aparmaq üçün alınan rüşvətin məbləği ən azı iki dəfə artırılıb, obyektlərdən yığılan haqq kəllə-çarxa çıxıb. Sakinlərin və rayon ərazisində fəaliyyət göstərən sahibkarların dediyinə görə, bunun əsas səbəbi İ.Gülməmmədovanın əldə etdiyi qanunsuz gəlirləri faktiki olaraq indi də Abşeronun sahibi hesab olunan “böyüyü” ilə bölməsidir.
                           İradə Gülməmmədova: Həkim necə icra başçısı oldu?

 

02 sentyabr 2015-ci ildə Abşeron rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunan İradə Gülməmmədova haqqında mediada dərc olunan yazılardan sonra narazı insanların haqlı müraciətlərinin həllini tapacağına ümidlər yaranmışdı. Lakin, İradə xanım ölkənin qanunlarını tanımamağa davam edərək öz şəxsi maraqlarını ön plana çəkib. Realliq.info qeyd edir ki, İradə Gülməmmədova rayonun keçmiş icra başçısı, hazırda Sumqayıt meri Zakir Fərəcov tərəfindən bu vəzifəyə gətirilib. Xanım icra başçısının rəsmi tərcümeyi halını təqdim etməklə cumhuriyyet.az olaraq nəticəni oxucuların öhdəsinə buraxırıq.
Gülməmmədova İradə Akif qızı 01 oktyabr 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur.1985-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistutunun “Pediatriya” fakültəsini bitirmişdir.Əmək fəaliyyətinə1986-cı ildə Bakı şəhər 6 saylı Uşaq xəstəxanasında həkim “pediatr-interna” kimi başlamışdır. 1986-1995-ci illərdə Balakən rayon xəstəxanasında həkim “pediatr-neonotaloq”, 1995-2006-cı ilərdə Abşeron rayon uşaq polikilinikasında baş həkim ,2006-2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2014-2015-ci illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının 1-ci müavini vəzifəsində çalışmışdır. 02 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1392 saylı Sərncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
                                               Xanım başçının kapitalından seçmələr

 

Bütün digər həmkarları kimi, İ.Gülməmmədova da rəhbərlik etdiyi rayonda özünə biznes imperiyası yaradıb. Bu haqda cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmarda ortaya çıxan məlumatlara görə, Abşeron rayonu ərazisində İ.Gülməmmədovanın biznesin müxtəlif sahələrinə aid çoxlu obyektləri var. Bunlardan ən məşhurları isə Xırdlan şəhərindəki “Titanik” adlı böyük obyekt, Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran və digərləridir. Abşeron sakinlərinin bildirdiyinə görə, bu obyektlərdə qiymətlər daha yüksək olması ilə diqqəti çəkir. Müştərilər nəyəsə etiraz edən də isə işçilər “Bura İradə xanımın obyektidir, heç kim bizə gözün üstə qaşın var deyə biməz” deyərək onlarla kobud davranırlar. Qeyd olunur ki, İ.Gülməmmədova “Titanik”in “sükanı”nı isə İlham adlı qardaşına tapşırıb. Bu şəxsin adı isə bir sıra qalmaqallada çəkilir. Bu mövzuya bir başqa yazıda toxunacağıq. Bildirilir ki, Abşeron rayonundakı bütün təndirxanaların demək olar ki, İ.Gülməmmədovaya məxsusdur. Böyük qazanc gətirən bu təndirxanalar xüsusən də yay aylarında İ.Gülməmmədovaya yüz minlərlə manat qazandırır. Mediada yer alan məlumatlarda digər biznes obyektlərinin də adı çəkilir: “Bunlardan ən məşhurları Xırdlan şəhərindəki “Titanik” adlı restoranın alt hissəsindəki şərab evi, Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran və digərləridir. Həmçinin Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi, həmçinin “Vorovski” adı ilə tanınan ərazidə yerləşən “Zümrüd” klinikasnın yaxınlığındakı şərab evinin də İ. Gülməmmədovaya məxsus olduğu bildirilir. İcra başçısını Abşeronda ən böyük torpaq mülkiyyətçisi də hesab etmək olar. Rayonda müxtəlif ərazilərdə böyük ölçülərdə torpaq sahələri başçının qohumlarının adına özəlləşdirilib. Xırdalanda, Fatmayıda, Nnovxanıda, Masazırda və rayonun digər yaşayış massivlərində belə torpaq sahələri daha çoxdur. Goradildə dəniz sahili ərazilər ələ keçirilərək özününküləşdirilib”.
         

İradə Gülməmmədovanın Abşeron krallığı:

 

 

 

Abşeron rayonunda torpaq biznesi: başçının müavini Fuad Cəbrayılovun əsas işi

 

Bildirilir ki, İ.Gülməmmədovanın hazırda əsas gəlir mənbələrdən biri torpaq satışından və rayon ərazisində tikinti aparılmasına icazə verilməsindən əldə olunan qazancdır. Bu işi isə o ilə müavini Fuad Cəbrayılova həvalə edib. F.Cəbrayılov vaxtilə Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsi müdirinin müavini işləyərkən yüzlərlə saxta sənədlər düzələdərək vətəndaşlara qanunsuz “küpça” verilməsi əməliyyatına rəhbərlik edərək külli-miqdarda pul qazanıb. Bundan başqa saxta sənədlərlə Abşeron rayonu ərazisində xeyli sayda obyektlər ələ keçirib.
Məlumata görə, Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsində baş alıb gedən qanunsuzluqlarla bağlı məsələyə o zamanlar fəaliyyətdə olan Milli Təhlükəsizlik Nazirliyi də qarışıb. Nazirlik şikayətlər əsasında şöbədə əməliyyat keçirərək, çoxlu sayda saxta sənədlər, qanunsuz çıxarışlar aşkar edib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində Reyester Xidmətinin Abşeron Şöbəsində bir neçə nəfər, o cümlədən Fuad Cəbrayılov həbs edilib. Lakin Fuad Cəbrayılov qayınatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyester Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə MTN-nin təcridxanasından canını qurtara bilib.
İddiaya görə, Fuad Cəbrayılov azadlığa çıxması üçün MTN-də o zaman idarə rəisi işləyən Akif Çovdarova qaynatası vasitəsilə külli-miqdarda rüşvət verib. Reyester Xidmətinin Abşeron Şöbəsində qanunsuzluların ortaya çıxması və MTN-nin əməliyyat keçirməsindən sonra şöbə müdiri Vidadi müəllimin qovulduğunu bildirən mənbəmiz qeyd edir ki, Fuad Cəbrayılov Arif Qaraşovun sayəsində öz vəzifəsini saxlayıb. Amma Arif Qaraşov Dövlət Reyester Xidmətinin rəisi vəzifəsindən çıxarıldıqdan sonra Fuad Cəbrayılov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən xidmətdən qovulub.
Bir müddət qayınatası Aydın Cəfərovun tikinti biznesində işləyən Fuad Cəbrayılovun sonra məhz qayınatasının köməkliyilə Abşeron İcra Hakimiyyətində məsləhətçi vəzifəsinə işə düzəldiyi deyilir. İ.Gülməmmədova icra başçısı təyin olunduqdan sonra isə onu özünə müavin təyin edib və faktiki olaraq F.Cəbrayılovun həm İ.Gülməmmədovanın, həm də Z.Fərəcovun “qara kassiri” rolunu oynadığını bildirilir. İki icra başçısının “qara kassiri” olan F.Cəbrayılovun özünün də “qara kassiri” var. Bu isə vaxtilə onun sürücüsü işləmiş indi isə F.Cəbrayılov tərəfindən Abşeron Memarlıq və Tikinti Şöbəsində vəzifə ilə təmin olunan Elmir adlı şəxsdir. Onun tikinti və sənədləşdirmə ilə bağlı işlərini məhz bu şəxsin apardığı deyilir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam