Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakı metrosunda gərgin anlar:Qadın relslərin üstünə yıxıldı

Bakı metrosunda gərgin anlar:

 

Bu gün səhər saatlarında metronun “Xalqlar Dostluğu” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb. Sərnişin sıxlığı metro vaqonlara minməyə çətinlik törədib

 

Yenixeber.org: “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev modern.az-a faktı təsdiqləyib.

O bildirib ki, səhər 08:18 radələrində vətəndaşın qəfildən relslərin üzərinə yıxılması buna səbəb olub: “Bu, 1963-cü il təvəllüdlü Sevda Osmanovaolub. “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxtda relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsi ilə qatar stansiyaya daxil olanda maşinist saxlayıb, qadını oradan çıxarıblar”.

N.Paşayev bildirib ki, başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

Qurum rəsmisi sərnişinlərə müraciət edib: “Bir daha xəbərdarlıq edirik ki, sərnişinlər təhlükəsizlik xəttini keçməsinlər. Ən əsası da bugünkü hadisə zamanı 3 sərnişin relslərin üstünə atlayaraq yıxılan sərnişinə yardım etməyə çalışıblar. Bu, qətiyyən yolverilməzdir. Çünki bu, onların həyatı üçün də təhlükə yaradır. Sərnişinin xilas edilməsi zamanı xətdə interval yaranıb. Hazırda qatarlar müəyyən olunmuş interval üzrə hərəkətdədirlər”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam