Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dövlət orqanlarına 990 vakant vəzifə təqdim olundu

Dövlət orqanlarına 990 vakant vəzifə təqdim olundu

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 noyabrda inzibati rəhbər vəzifələr olan AA, AB və AC, 17 dekabrda isə inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçiriləcək

 

Yenixeber.org: Bu barədə DİM-in icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair mətbuat konfransında bildirib.

O deyib ki, test imtahanlarına qeydiyyat 7 noyabrda başlanıb: “Qeydiyyat AA, AB və AC vəzifə qrupları üzrə 17 noyabrda, BA və BB vəzifə qrupları üzrə isə 6 dekabrda başa çatacaq. Bütün vəzifə qrupları üzrə test imtahanı proqramları hazırlanıb və Mərkəzin internet portalında yerləşdirilib”.

V. Misirov qeyd edib ki, dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim olunub: “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 504 vakant vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 113 vakant vəzifə və Dövlət Statistika Komitəsi tərəfindən 122 vakant vəzifə müsabiqəyə təqdim edilib”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam