Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutu yaradılır

Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutu yaradılır

 

Prezident fərman imzaladı

 

Yenixeber.org: Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.Agentlik haqqında əsasnamə təsdiqlənib. Agentlik Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilib. 

Fərmanda qeyd edilib ki, Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılsın.

Müəyyən edilib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (bundan sonra – İnstitut) qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparır, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirir, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlayır və aidiyyəti üzrə təqdim edir, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.

İnstitutda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

-İnstitutun yenidən təşkil və ləğv edilməsi;

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

- nizamnamənin və strukturun təsdiqi;

- nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

- icra orqanının yaradılması və onun səlahiyyətlərinin müəyyənləşdirilməsi;

Nazirlər Kabineti təkliflərini üç ay müddətində hazırlayıb preziddnetə təqdim etməlidir.

Fərmanın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam