Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıda bağça müdiri 75 nəfəri aldadıb– TƏFƏRRÜAT + VİDEO

Bakıda bağça müdiri 75 nəfəri aldadıb

 

Paytaxtın Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri xeyli sayda qadını işlə təmin etmək adı ilə aldadaraq pullarını mənimsəyib

 

Yenixeber.org: Zərərçəkmişlərin sözlərinə görə, özünü bağçanın müdiri kimi təqdim edən Tərlan Bağırova və müdir müavini Aləmzar Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.

T. Bağırova və A. Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Təxminən 75 qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb. 

Dələduzluğa məruz qalan vətəndaşların sözlərinə görə, Tərlan Bağırova və Aləmzar Əliyeva bu şəkildə 75 şəxsə külli miqdarda ziyan vurub. Məsələ ilə bağlı “Safay” uşaq bağçasının rəhbəri kimi özünü təqdim edən Tərlan Bağırova bildirib ki, həmin şəxslərdən pulu o almayıb.

Bağçanın qarşısına toplaşan zərərçəkmişlər “102” xidmətinə də məlumat veriblər. Əraziyə gələn polis onları izahatlarının alınması üçün idarəyə dəvət edib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam