Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycana gələn əcnəbilərin sayı 20 faiz artıb

 

Yenixeber.org: 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20.1% artıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin 10 ayı ərzində Azərbaycana 2 276 604 nəfər xarici ölkə vətəndaşı gəlib. Onlardan 727 577 Rusiya, 439 305 Gürcüstan, 320 904 İran, 249 210 Türkiyə, 81 742 Birləşmiş Ərəb Əmirlikləri , 54 242 İraq, 49 809 Ukrayna, 31 821 Səudiyyə Ərəbistanı, 321 994 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Xarici vətəndaşlar daha çox iyul ayında gəlib ki, bu da 313 515 nəfər olub.

Bu dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9 faiz, 19.2 faiz, 14 faiz və 10.9 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Belə ki, bu il İrandan 115 782, BƏƏ-dən 42 811, Rusiyadan 96 040 nəfər daha çox şəxs gəlib.

2016-cı ilin 10 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 1 894 707 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə Azərbaycana 381 807 (20.1%) nəfər çox xarici vətəndaş gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam