Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

XX ƏSRİN ƏN ACGÖZ VƏ QƏDDAR HÖKMDARI –Rəqiblərinin ətini bişirib yeyən rəhbərlər də varmış...


Mərkəzi Afrika Respublikasının kannibal imperatoru Bokassanın tacqoyma mərasimi

 

Yenixeber.org: Tarix dünyanın müxtəlif ölkələrində hakimiyyətə gəlmiş qəddar tiran və despotlara dair xeyli örnəklərin şahidi olub. Ən zalım hökmdarlardan biri Mərkəzi Afrika Respublikasının (MAR) imperatoru Jan Bedel Bokassa insan ətini yemək meyli ilə ad çıxarmışdı. Bu yamyam hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirib, sonra isə müxalifətə ən qəddar şəkildə divan tutub.

Bokassanın adı Afrika ölkəsinin sakinlərinə hələ də dəhşətlər yaşadır, axı bu hökmdarın vəhşiliyi haqda əfsanələr indi də dolaşır.  

Bokassa cavanlıqda hərbi karyera qazanıb, fransız ordusunda II dünya savaşında vuruşb. MAR-a qayıdarkən “yeni il çevrilişi”nin təşəbbüskarı olub, hakimiyyətdəki əmisini devirib və dövlətin başına keçib.

Bokassa acgözlük və gözdoymazlığı ilə ad çıxardıb: özünü MAR-ın əbədi başçısı təyin edib və 20 milyon dollar (ölkənin illik büdcəsindən çox!) sərf edilən tacqoyma mərasimi keçirib. Kasıb bir ölkəni yönəltsə də, özünə ağırlığı iki ton olan xalis qızıldan taxt sifariş edib.

Bokassa Artekdə (Krım)

 

İmperator çoxarvadlılığı ilə də tanınmışdı – adamyeyən imperatorun 17 arvadı və rəsmən 77 övladı var idi. Monarx öz varislərinin tərbiyəsi ilə, demək olar, məşğul olmurdu, yasaqladığı yeganə şey “şirin donuz əti”nin (hannibal insan ətini belə adlandırırdı) dadına baxmaq idi.

Səbəb sadə idi: Bokassa həyəcan keçirirdi ki, oğulları insan ətinin dadına baxsalar, onu taxtdan devirəcəklər.  

Bokassadan pionerlərə salam

 

Amma imperatorun özü düşmənlərinin ətini ləzzətlə yeyirdi. Təsəvvür etmək çətindir, lakin Bokassanın xəstə fantaziyası dəhşətli əyləncələr diktə edirdi: düşmənlərinin ətindən tez-tez düyü-tərəvəzli şam yeməyi hazırlatdırırdı.Effekti gücləndirmək üçün qətlə yetirilən şəxsin ailəsini yeməyə dəvət edirdi və kimsə bundan boyun qaçıra bilməzdi – onu edam edə bilərdilər.

Ən dəhşətlisi: Bokassa ölkəyə səfər edən xarici diplomatları da insan ətinə qonaq edirdi (təbii ki, onlar nə yedikərindən xəbərsiz olurdular).

Adamyeyən imperator xarici səfərə çıxarkən mütləq içi “sardina” dediyi konserv dolu çamadanı özüylə götürərdi.

Bokassanın SSRİ-yə səfər zamanı pionerlərlə görüşü

 

Bokassa gözəl hesab etdiyi qadının ətini daha çox xoşlayırdı. Onun bəzi arvadlarının aqibəti bu cür başa çatıb. İmperatorun göstərişi ilə MAR-da keçirilən gözəllik müsabiqəsinin qalibi qəlbədən sonra  heç 24 saat da yaşamayıb…

Kannibal imperator xanımı və oğlu ilə

 

Bokassanın hakimiyyəti 1979-cu ilədək sürüb, sonra devrilib və müttəhimlər kürsüsünə əyləşib. İttihamlar çox idi: kütləvi qırğın, dövlət vəsaitlərinin israfı və kannibalizm. İmperatorun soyuducusunda rəqiblərinin xeyli cəsədi aşkarlansa da, yamyamlığı sübut etmək mümkün olmayıb – Bokassa dirəşib ki, ayin məqsədilə öldürüb, amma öz opponentlərini yeməyib.

Onu edam cəzasına məhkum ediblər, amma sonradan 20 il dustaqlıqla əvəzləyiblər və həbsxanada 6 il qalandan sonra 1993-cü ildə … əfv olunub. Bir neçə ildən sonra tam yalqızlıq içində ürək xəstəliyindən ölüb…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam