Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Ermənistan Qarabağı itirəcək”

 

 

“Mən heç nəyi izah etməmişəm, sadəcə olaraq, müəyyən ştrixlərlə konfliktdə bizim mövqeyimizi aydınlaşdırmışam”. 
 
   "Xeberinfo.com": Axar.az xəbər verir ki, bu sözləri ukraynalı politoloq Yuri Romanenko dünən öz Feysbuk səhifəsində Qarabağla bağlı bölüşdüyü fikirləri yenidən aydınlaşdırmaqdan ötrü yazıb. 
O, müxtəlif faktlara əsaslanaraq, rəsmi İrəvanın vəziyyətinin çox çətin olduğunu göstərib:
 
“Mən niyə Ermənistanın mövqelərinin zəif olmasını izah edəcəm. 
Qonşularla münasibəti: Türkiyə - düşmən, Azərbaycan- düşmən. Gürcüstan isə Türkiyənin orbitindədir. O, daim burada öz mövqelərini möhkəmləndirir. Yalnız İranla münasibətlər İrəvana yaşamağa imkan verir. Amma İran da son günlər Qərbə doğru yönəlir və bundan sonra Rusiyanın istəklərinə daha az maraq göstərəcək. 
 
Rusiya Ermənistanın əsas müttəfiqi və donorudur. 
 
Perspektivləri: Yaxın müddətdə Türkiyənin regional təsiri daha da artacaq. İranın regional təsiri bu dəqiqə müəyyənləşdirilməmiş mərhələdədir. Ermənistanın əsas müttəfiqi olan Rusiya yaxın gələcəkdə Ukraynaya görə ağır daxili böhrana girəcək. Beləliklə, Rusiya spirala daxil olur və özü uğursuzluğa düçar olur. Bunun nəticəsində isə Ermənistan Azərbaycan və Türkiyə ilə baş-başa qalacaq. Bəs onun hansı şansları olacaq? Heç bir. 
 
Bəs Ermənistanın hansı variantı ola bilər? Avropa Birliyi və ABŞ-da olan erməni lobbisindən kömək istəmək. 
 
Məsələnin qiyməti necə olacaq? Qarabağ itiriləcək. Əks təqdirdə ABŞ və Avropa Birliyi Türkiyəylə Azərbaycana qarşı münasibətlərində hansı vasitələrdən istifadə etməlidir ki, onları dayanmağa məcbur etsin?”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam